Mobil versiya
Qayınanasının ürəyinə bıçaq soxdu, arvadını isə… - 20 İL HƏBS
Tarix: 08-05-2019 | Saat: 18:20
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Qayınanasının ürəyinə bıçaq soxdu, arvadını isə…


Qayınanasını öldürən, arvadını isə yaralayan Cəsarət İsgəndərovun məhkəməsi bitib.



Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin prosesdə hökm oxuyub.


C.İsgəndərov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, C.İsgəndərov Nərimanov rayonunun Əliyar Əliyev küçəsində yaşayan 51 yaşlı Fəhminə İsgəndərova və onun qızı Leyla İsgəndərovanı bıçaqlayıb. Yaşlı qadın hadisə yerində ölüb. L.İsgəndərova isə 5 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.



Bildirilir ki, 51 yaşlı Fəhminə İsgəndərova qızı Leyla İsgəndərovanı həyat yoldaşı ilə mübahisə etdiyi üçün ata evinə çağırıb.


Bu hadisədən hiddətlənən Cəsarət İsgəndərov ora gəlib. Qapı və pəncərələr ev sahibəsi tərəfindən bağlı olduğu üçün Cəsarət İsgəndərov içəri evin damından girib. O, əlindəki bıçaqla əvvəlcə həyat yoldaşına bir neçə zərbə vurub. Sonra isə onları ayırmağa gələn qayınanası Fəhminə İsgəndərovanın ürəyinə iki bıçaq zərbəsi endirib.



Xatırladaq ki, cütlüyün birgə nikahından 3 aylıq qız övladı var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024