Mobil versiya
Məhkəmə Rüfət Axundov və Rəşad İlyasova qarşı şikayəti rədd etdi
Tarix: 8-05-2019, 17:40 | Saat: 15:47:00
Bölmə:Karusel / Manşet2 | çapa göndər

Məhkəmə Rüfət Axundov və Rəşad İlyasova qarşı şikayəti rədd etdi


Bu gün Yasamal Rayon Məhkəməsində "Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki müğənniyə qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız hesab edilib və məhkəmə icraatına qəbul olunmayıb.

Qeyd edək ki, aprelin 5-də "Space TV"-də "Hər səhər” verilişində müğənni R.Axundovla R.İlyasov qonaq olub. Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ tərəfindən televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub. Yasamal Rayon Məhkəməsi isə "Space" televiziyasını 6 min manat məbləğində cərimələyib.

Daha sonra vətəndaş Rahim Sadıqlı Yasamal Rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanmasını tələb edib.



aia.az



5166 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}