Mobil versiya
ATU-da xəstənin boynunda mürəkkəb əməliyyat aparılıb - FOTOLAR
Tarix: 7-05-2019, 17:09 | Saat: 15:47:00
Bölmə:Səhiyyə | çapa göndər

ATU-da xəstənin boynunda mürəkkəb əməliyyat aparılıb



Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 60 yaşlı qadının boynunda iki müxtəlif səviyyədə yerləşən yırtıq əməliyyat olunub. ATU-nun Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərovun sözlərinə görə, bu mürəkkəb əməliyyat uğurla nəticələnib.

Həkim C.İskəndərov bildirir ki, 60 yaşlı xanım neçə müddətdir ki, qol və ayaqların hərəkətində zəiflikdən əziyyət çəkirmiş: “Bu şikayətlərlə müxtəlif həkimlərin qəbulunda olub. Müayinələr zamanı pasiyentin boynunda 2 tərəfdə yırtıqlar aşkarlanıb. Xəstə İranda da həkimə müraciət edib və orada da ona eyni diaqnoz təyin olunub”.

Neyrocərrahın sözlərinə görə, bu xanım müalicə üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasını seçib. Bütün müayinələrdən sonra xəstəyə cərrahiyyə əməliyyatı təyin edilib: “Əməliyyatın çətinliyi ondan ibarətdir ki, 3-4-cü boyun fəqərələrarası diski çıxarmaq texniki baxımdan bir qədər çətin prosesdir. Digər tərəfdən, əməliyyatı mürəkkəbləşdirən digər cəhət yırtıqların iki müxtəlif səviyyədə yerləşməsi ilə bağlı idi. Belə ki, bir yırtıq 3-4-cü, digəri isə 5-6-cı fəqərələrə düşüb. Yəni, biz ortada bir sağlam disk saxlamaqla, yırtıqları çıxarmalıydıq”.

Həkim C.İskəndərov bildirir ki, bu mürəkkəb əməliyyat saat yarım davam edib və uğurla nəticələnib.

aia.az








593 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}