Mobil versiya
Təhsil ekspertindən bədbin sözlər: “BDU-da müəllimləri kədərli gördüm”
Tarix: 07-05-2019 | Saat: 09:58
Bölmə:Karusel / Təhsil | çapa göndər

Təhsil ekspertindən bədbin sözlər:


Təhsil eksperti Etibar Əliyev sosial şəbəkədə Bakı Dövlət Universiteti ilə bağlı fikirlərini paylaşıb.

Modern.az-ın məlumatına görə, o qeyd edib ki, ötən gün universitetin Böyük Elmi Şurasına dəvət alıb:

“Öncədən qeyd edim ki, bizim də bitirdiyimiz bu ali məktədə normal təhsil və elm mühitini bərpa etməyə xeyli vaxt lazım gələcək. Professor - müəllim heyətini kədərli gördüm. Hiss olunur ki, eyni problemlər içərisində yaşayıblar. Əsas qənaətim bu oldu ki, Universitetin gələcəyi barədə düşüncələr aydın deyil. Uzun illərin naşı, qaba, qorxu üzərində qurulmuş idarəçiliyi çox dərinlərə işləyib. Böyük fizik Stiven Xokinq kitablarının birində yazır ki, İkinci Dünya Müharibəsində Hitlerlə Çörçill razılığa gəliblər ki, Universitet və ona yaxın olan əraziləri bombalamasınlar. Universitetləri belə qoruyublar. Düşüncəmə görə Bakı Dövlət Universitetində ilk addımlar müəllimləri pessimizim kabusundan çıxarmaqdır. Əks təqdirdə, təhsildə və elmdə irəliləyiş olmayacaq. Fakültələrin uğur stendlərinə baxdım. Son dərəcə bəsit idi. Nümayiş olunan kitablar tədris üçün yetərli sayıla bilməz. Bir sözlə, göz görə-görə, qulaq eşidə-eşidə bu böyük elm və təhsil məbədini uçuruma itələmişik. Bakı Dövlət Universitetinin itirilmiş nüfuzu, oranın hər bir məzunun nüfuzunun itirilməsidir”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024