Mobil versiya
Təhsil Nazirliyindən ölümlə nəticələnmiş ağır qəza ilə bağlı AÇIQLAMA
Tarix: 06-05-2019 | Saat: 15:36
Bölmə:Karusel / Təhsil | çapa göndər

Təhsil Nazirliyindən ölümlə nəticələnmiş ağır qəza ilə bağlı


Xəbər verildiyi kimi, Salyan rayonu ərazisində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Şirvan şəhər Uşaq-Gənclər İdman məktəbinin idmançılarını daşıyan mikroavtobus qəzaya uğrayıb.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Modern.az-a açıqlamasında qəza ilə bağlı danışıb.

O, bildirib ki, qəza zamanı Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi İlkin Əhmədov dünyasını dəyişib.

“Xəsarət alan 8 nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 4 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 2 nəfərin vəziyyəti normaldır və həmin xəstəxanada müalicələri davam etdirilir. 1 nəfər isə kəllə-beyin travması ilə Bakı şəhərinə gətirilib”

Təhsil Nazirliyinin nümayəndəsi Salyan Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

“Avtoqəzada həlak olan İlkin Əhmədovun ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Xəsarət almış şagirdlərə isə Allahdan şəfa diləyirik!”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə