Mobil versiya
Salyan – səhiyyə sistemi müasir tələblərə uyğun şəkildə qurulub
Tarix: 03-05-2019 | Saat: 14:18
Bölmə:Səhiyyə | çapa göndər

Salyan – səhiyyə sistemi müasir tələblərə uyğun şəkildə qurulub


Bu sahədə uğurla həyata keçirilən dövlət islahatları yüksək nailiyyətlərə zəmin yaradır

Bu gün ölkəmizdə müşahidə olunan davamlı və sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyəmizin inkişafı üçün misilsiz imkanlar yaradıb. Qeyd edə bilərik ki, bu inkişaf təkcə paytaxt Bakıda deyil, həmçinin rayon və bölgələrimizdə də öz təzahürlərini tapır. O cümlədən, özünün müasir standartlara cavab verən səhiyyə müəssisələri və əhaliyə göstərilən tibbi xidmətlərin yüksək səviyyəsi ilə diqqəti cəlb edən rayonlarımızdan biri də Salyandır. Bu gün Salyanda əhalinin sağlamlığını qorumaq məqsədi ilə 6 xəstəxana, 24 həkim və 21 tibb məntəqəsi fəaliyyət göstərir. Ümumilikdə 503 çarpayılıq bu tibb ocaqlarında 244 həkim və 700 orta tibb işçisi çalışır.

Dövlət qayğısı səhiyyədə inkişafın təmin edilməsi üçün həlledici amildir



Bu gün ölkə səhiyyəsində bir sıra mühüm islahatlar həyata keçirilir. Vətəndaşların sağlamlığının qorunması, göstərilən tibb xidmətinin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi uğurla reallaşdırılan sosial siyasətin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin əhalinin sağlamlığına diqqətinin göstəricisidir ki, son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər görülür, şəhərlərdə, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni xəstəxanalar, tibb məntəqələri tikilərək istifadəyə verilir, səhiyyə xidmətinin yaxşılaşdırılması üçün ardıcıl, təxirəsalınmaz tədbirlər görülür.



O cümlədən, bu ilin mart ayında Prezident İlham Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncamla Salyan RMX-nın Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə, ilkin olaraq, 2 milyon manat ayrılıb. Qeyd edək ki, İkinci dünya müharibəsi illərində fəaliyyətə başlayan Salyan Rayon Mərkəzi Xəstəxananın (RMX) hazırda yerləşdiyi bina isə 1972-ci ildə istifadəyə verilib. Bina 2008 ci ildə Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə əsaslı təmir olunub. Müasir tələblərə cavab verən tibbi avadanlıq və yeni inventarlarla təchiz edilən xəstəxananın açlış mərasimində cənab İlham Əliyev şəxsən iştirak edib.

Peşəkarlar hər zaman onlara göstərilən etimadı doğruldurlar

Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının qarşılığında Salyanın tibb işçiləri də onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni edirlər. Yerli mənbələrdən əldə etdiyimiz məlumatlara əsaslanaraq deyə bilərik ki, bu gün baş həkim Hüseynağa Həsənovun rəhbərlik etdiyi Salyan Rayon Mərkəzi Xəstəxanasında əhaliyə həqiqətəm də yüksək səviyyədə tibbi xidmətlər göstərilir. Hazırda RMX-da 248 çarpayılıq 9 şöbə, o cümlədən Qəbul şöbəsi, 50 çarpayılıq Terapiya şöbəsi, 80 çarpayılıq cərrahiyyə şöbəsi, 20 çarpayılıq Yolxucu xəstəlıklər şöbəsi , 18 çarpayılıq Anesteziologiya-reanimasiya şöbəsi, 30 çarpayılıq Kardioloji şöbə , 50 çarpayılıq Doğum evi və mamalıq şöbəsi, 15 çarpayılıq Oftomaloji şöbə vətəndaşlara yüksək səviyyədə tibb xidmətləri göstərməkdədir. Bundan əlavə xəstəxanada Fizioterapiya kabineti,



Endoskopiya otağı, Funksional diaqnostika otağı, Kliniki-diaqnostika laboratoriyası, Transfizioloji kabinet, Müalicəvi bədən tərbiyəsi otağı, Ultrasəs müayinə otağı, Rentgen otağı, SPİD laboratoriyası, xəstəxana daxili aptek, Cərrahi əməliyyat otağı, Metodik təşkilat otağı və İntensiv terapiya otağı fəaliyyət göstərir. Mərkəzi Rayon Xəstəxanasında 148 həkim, 360 orta tibb işçisi və 359 kiçik işçi çalışır. Kollektivə 2011-ci ilin iyulundan baş həkim Hüseynağa Səlim oğlu Həsənov rəhbərlik edir. Bu xüsusda verilən açıqlamalarda sakinlər xəstəxananın baş həkimindən xüsusilə razılıq edirlər. Onların sözlərinə görə, rayon səhiyyəsində ciddi nizam-intizam olmaqla yanaşı, öz peşəsini mükəmməl bilən bilikli və təcrübəli həkimlər çalışırlar. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün Salyan səhiyyəsinin elmi potensialı da kifayət qədər yüksək səviyyədədir. Diqqətəlayiq haldır ki, hazırda Salyan RMX təkcə bu rayonun sakinlərinə deyil, eyni zamanda ətraf bölgələrdə yaşayan vətəndaşlara da yüksək səviyyədə tibbi xidmətlər göstərir.



Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün artıq ölkəmizin bütün regionlarında yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, mürəkkəb cərrahi əməliyyatları həyata keçirməyə imkan verən yeni səhiyyə müəssisələri yaradılıb. O cümlədən Salyan rayonunda səhiyyənin bu gün ən yüksək standartlara cavab verən bir səviyyədə olması da bütün bu deyilənlərə ən bariz nümunədir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024