Mobil versiya
Gəncədə rəisin qardaşı evinə basqın edildi - Külli miqdarda pul aparıldı
Tarix: 03-05-2019 | Saat: 11:53
Bölmə:Cəmiyyət | çapa göndər

Gəncədə rəisin qardaşı evinə basqın edildi


Gəncə şəhərində maskalı şəxslər evə basqın edib.

Cinayət hadisəsi Gəncənin "Mahrasa bağı” yaşayış massivində, Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Belə ki, iki maskalı şəxs həmin ünvanda yerləşən fərdi evə basqın edərək onun sahibi Samir Müstafayevdən pul tələb ediblər və müəyyən məbləğ aldıqdan sonra hadisə yerindən qaçıblar.

İddiaya görə, quldurluq cinayətini törədənlər külli miqdarda pul aparıb.

Hadisə ilə bağlı polisə məlumat verilib, hər iki şəxsin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, zərərçəkmiş Gəncə şəhərində fəaliyyət göstərən "Delfin” marketlər şəbəkəsinin sahibidir.

Samir Mustafayev Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Süleyman Mustafayevin qardaşıdır. Görünür, adıçəkilən şəxslərin böyük imkanlara maik olması cinayətkar dəstənin diqqətindən yayınmayıb.

Cinayətlə bağlı əncə şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov bu barədə danışmaqdan imtina edib.

Gununsesi.org

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024