Mobil versiya
Azərbaycanda tütün məmulatları ilə bağlı - YENİ QADAĞALAR
Tarix: 15-01-2016 | Saat: 12:04
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Prezident Qanuna dəyişikliyi təsdiq etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tütün və tütün məmulatı haqqında” Qanuna dəyişiklikləri təsdiq edib.

Aia.az-ın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Qeyd edək ki, “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliklər 18 dekabr 2015-ci il tarixdə Milli Məclis tərəfindən qəbul edilib. Dəyişikliklərə əsasən, tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunduqda onun idxalı qadağan edilir.

Həmçinin dəyişikliklərə əsasən, tütün və tütün məmulatları həm də genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunduqda onlar dövriyyədən götürülür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024