Mobil versiya
Məleykə Abbaszadə: DİM-in fəaliyyətində ictimai birliklərin nümayəndələrinin iştirakı vacibdir
Tarix: 2-05-2019, 11:25 | Saat: 15:47:00
Bölmə:Manşet / Təhsil | çapa göndər

Məleykə Abbaszadə:


İctimai iştirakçılıq prinsiplərinə uyğun olaraq, Dövlət İmtahan Mərkəzinin fəaliyyətində müxtəlif təşkilatların, ictimai birliklərin nümayəndələrinin iştirakının vacibdir.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyi, Ailələrin İnkişafı üzrə Maarifləndirmə İctimai Birliyinin sədrləri ilə görüşündə deyib.

M.Abbaszadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzi həyata keçirdiyi bütün tədbirlərdə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, ictimaiyyət nümayəndələrinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə vətəndaş nəzarətinin təşkilinə böyük önəm verib. Həyata keçirilən tədbirlərin yüksək ictimai əhəmiyyəti nəzərə alınaraq, DİM-in fəaliyyətində şəffaflıq və ictimai nəzarət tam şəkildə təmin olunur.

Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icracı direktoru Şahin Rəcəbov birlik haqqında məlumat verərək qeyd edib ki, assosiasiya valideyn-müəllim-şagird əməkdaşlığının genişləndirilməsi, məktəblərə dəstək, uşaqların maraqlarının qorunması və digər istiqamətlərdə fəaliyyət həyata keçirir və bu sahədə DİM-lə əməkdaşlıqda maraqlıdırlar. Ailələrin İnkişafı üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Ruhhiyə Məmmədova isə abituriyentlərə və onların valideynlərinə psixoloji dəstəyin və maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə birgə tədbirlərin keçirilməsini təklif edib.

Müzakirələrin sonunda hər iki təşkilatla əlaqələrin daha da genişləndirilməsi və Dövlət İmtahan Mərkəzi tərəfindən onlara lazımi dəstəyin göstərilməsi qərara alınıb. Dövlət İmtahan Mərkəzinin əməkdaşları Ailələrin İnkişafı üzrə Maarifləndirmə İctimai Birliyi ilə imtahan öncəsi stresin idarə olunması, abituriyentlərin və onların valideynlərinin imtahana psixoloji hazırlığı və digər məsələlərlə bağlı keçirilən təlimlərdə iştirak edəcək və öz təcrübəsini bölüşəcək.

Həmçinin Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin valideyn və şagirdlərlər üçün Bakıda və bölgələrdə təşkil ediləcək "Məktəb ailəsi təlim-istirahət düşərgə”lərində Mərkəzin fəaliyyəti, imtahanlara hazırlıq, qəbul qaydaları haqqında məlumat vermək, valideynlərin maarifləndirilməsi işində dəstək göstərilməsi üçün DİM-in əməkdaşları da təlimlərdə iştirak edəcək.

aia.az



5247 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30