Mobil versiya
Bakıda ən yüksək və ən aşağı əmək haqqı bu sahələrdədir - SİYAHI
Tarix: 02-05-2019 | Saat: 10:11
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Bakıda ən yüksək və ən aşağı əmək haqqı bu sahələrdədir


2019-cu yanvar-fevral aylarınin ilkin məlumatlarına əsasən, əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 6,5 faiz artaraq 794,1 manat olub.

Bu barədə Bakı Şəhər Statistika İdarəsindən verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə qeydə alınıb.

Ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024