Mobil versiya
Bakı məktəblərində işə qəbul üzrə müsabiqənin II mərhələsi ELAN EDİLDİ
Tarix: 01-05-2019 | Saat: 11:09
Bölmə:Təhsil | çapa göndər

Bakı məktəblərində işə qəbul üzrə müsabiqənin II mərhələsi


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinin keçirilmə vaxtı və yeri açıqlanıb.

Bu barədə aia.az-a Bakı Şəhəri Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, imtahanlar 6-11 may 2019-cu il tarixlərində Bakı şəhəri 220 nömrəli məktəb-liseyin (ünvan: Nizami rayonu, Elşən Süleymanov 120 A. “Neftçilər” metro stansiyasının yaxınlığı) inzibati binasında keçiriləcək.


Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 2 934 şəxs http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib.

Qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 2 647 namizədin müsabiqənin növbəti (test imtahanı) mərhələsində iştirakı mümkün hesab edilib.


I mərhələnin (elektron ərizələrdə qeyd edilmiş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda müsabiqənin keçirilmə yeri və vaxtı barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.


Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-22; 60-25; 60-28), mob: 055-336-36-39 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.


İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.


İştirakçı imtahana gələrkən şəxsiyyət vəsiqəsini gətirməlidir. Əks halda, namizədin imtahanda iştirakı mümkün olmayacaq.

İmtahanda iştirak etmək üçün iştirakçının öz iş nömrəsini bilməsi zəruridir.

Müsabiqə ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün iştirakçılara şəxsi kabinetlərini mütəmadi izləmələri tövsiyə edilir.
Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlarla mövcud faktiki vəziyyət arasında uyğunsuzluq aşkar edilərsə, namizədlərin nəticələri ləğv ediləcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024