Mobil versiya
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Tarix: 30-04-2019 | Saat: 19:06
Bölmə:Ölkə | çapa göndər

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib


Aprelin 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tələb və tapşırıqlarına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində zəruri tədbirlər həyata keçirilir, hər həftənin çərşənbə axşamı günü vətəndaşların komitə sədri, onun müavinləri, aparat rəhbəri və digər məsul işçiləri tərəfindən qəbulu təşkil olunur.

Dövlət Komitəsinin sədri əvvəlcədən qəbula yazılmış vətəndaşları fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Komitənin digər səlahiyyətli şəxslərinin də qəbuluna gələnlər fərdi qaydada qəbul olunublar. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib. Vətəndaşlar, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Onlara bir daha bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərdəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.

Vətəndaşların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024