Mobil versiya
Ruhani: ABŞ-ın İran neftinin satışını sıfıra endirməsinə icazə verməyəcəyik
Tarix: 30-04-2019 | Saat: 16:54
Bölmə:Dünya | çapa göndər

Ruhani:


ABŞ-ın İran neftinin satışını sıfıra endirməsinə icazə verməyəcəyik.

Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani nümunəvi işçilərin 30-cu konfransında deyib.

H.Ruhaninin sözlərinə görə, ABŞ-ın sanksiyalarda ilk məqsədi İranın valyuta ehtiyatını azaltmaqdır:

“İranın xarici valyuta gəlirinin böyük bir mənbəyi neft, qaz kondensatları və neft və qaz istehsalı ilə əlaqədar bəzi məhsulların satışına bağlıdır”.

İran Prezidenti əlavə edib ki, sanksiyalar cəmiyyətin orta və aşağı kütlələrinə birbaşa təzyiq göstərir.

ABŞ 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Birləşmiş Ştatlar İrandan neft satın alan 8 ölkəyə 6 aylıq güzəşt nəzərdə tutub. ABŞ mayın 2-də bitəcək müddətin uzadılmayacağını elan edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024