Mobil versiya
Azərbaycanlı dünya çempionu keçmiş arvadına cinayət işi açdırdı
Tarix: 30-04-2019, 16:28 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanlı dünya çempionu keçmiş arvadına cinayət işi açdırdı


Bir neçə ay əvvəl kikboks millisinin baş məşqçisi Anar Süleymanovun həyat yoldaşı Şamama Məmmədovanı döyməsi barədə məlumat yayılmışdı.

Həmin vaxt Anar Süleymanov Nərimanov Məhkəməsi tərəfindən həbs edilərək 20 gün müddətinə həbsxanaya salınmışdı.

aia.az-ın News24.az-a istinadən məlumatına görə, bu dəfə isə Anar Süleymanovun şikayəti əsasında onun keçmiş həyat yoldaşı Bayramova Şamama Mehman qızı barəsində cinayət işi açılıb.

Belə ki, bir vaxtlar idmançı kimi Anarın tələbəsi olan və daha sonra onunla evlənən qadın barəsində Cinayət Məcəlləsinin 147-ci, yəni böhtan atma maddəsi ilə iş açılıb. İşlə bağlı materiallar Nərimanov rayon Məhkəməsinə göndərilib və hakim Hafiz Kamranovun icraatına verilib. Məlumata görə, fevralın 13-də Anar Süleymanovun Nəriman Rayon Məhkəməsinin qərarı ilə iyirmi günlük həbs cəzasının müddəti başa çatıb.

Qeyd edək ki, Anar Süleymanov budo döyüş növü üzrə üç dəfə dünya çempionu olub, bir dəfə Dünya Kubokunu qazanıb. O, budo üzrə idman ustasıdır və universal döyüş üzrə iki dəfə Avropa üçüncüsü, kunq-fu üzrə Avropa çempionu olub.


aia.az



5175 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930