Mobil versiya
“Artıq enerji başımıza bəladır” - Deputat Ağacan Abiyev
Tarix: 30-04-2019 | Saat: 10:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Artıq enerji başımıza bəladır” -


Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, deputat Ağacan Abiyevin bu yaxınlarda idman, mədəniyyət və sağlamlıqla bağlı elmi əsəri AMEA-nın jurnalında çap olunub.

Məqalə ilə bağlı Modern.az-a danışan deputat bir neçə tövsiyəsini də xüsusi qeyd edib:

“Bir dəfə tanıdığım birinə sual verdim: - “Sağlam olmaq istəyirsənmi?”, “bəli”-dedi. “Gözəl olmaq istəyirsənmi?”, Yenə də “bəli” dedi. “Bəs işlərinin yüksək səviyyədə olmasını necə, istəyirsənmi?”. Gülə-gülə “bəli” dedi. Onun cavabına belə reaksiya verdim. “O zaman hər səhər 20 dəqiqə qaç. Həmin 20 dəqiqə ərzində bədənində hər şey qaydasında gedəcək”.
Ümumiyyətlə, idmanla məşğul olarkən həyat səviyyən yüksəlir. Problemlərini həll edə bilirsənsə, bunun üçün sağlamlığına borclu olmalısan”.


Ağacan Abiyev deyir ki, orqanizm passiv olanda insanın daxilində xaos yaranır.
“İdmanın müsbət tərəfləri odur ki, orqanizmin saat kimi işləyir və daxilində xaos yoxdu. Bəzən deyirlər ki, “get, soyuq duş qəbul elə”. Soyuq duş nədir?! Ancaq və ancaq bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır. Ən rahatı və ucuzu qaçışdır. Biz qaçarkən beynimizdə, sinir sistemimizdə olan artıq enerjini sərf edirik və qaynamırıq. Qaynayanda işimiz çətin gedir. Sinir sistemimiz laminar rejimdə işləyəndə çox yaxşı olur. Orada boşluq olanda burulğan yaranır. Burulğan yarananda isə aləm bir-birinə dəyir. İnsan orqanizmi gərək elə laminar rejimdə yaşasın ki, istədiyinə nail ola bilsin”.
İdman ustasının sözlərinə görə, hərəkətsizlik hərəkətin tam əksidir.
“İvan Pavlovun gözəl sözü var: “Hər səhər fiziki işlə məşğul ol. O zaman sən əzələ sevincini hiss edəcəksən”. Əgər hər gün yarım saat qaçacaqsansa, bədənində olan artıq qaynamaları itirəcəksən. Bu zaman enerji işlənir. Artıq enerji başımıza bəladır. Həyat keyfiyətimizi korlayır. Istədiyimizə nail olmağa mane olur. Fiziolooji sistemimizdə xaos yaradır. Xaos yaradanda beynimizin orqanlarına göndərdiyi informaiyalar da korlanır. Beynimizdən orqanlarımıza gedən informasiyalar korlananda həmin orqan bədbəxt olur. Ona görə də unutmayın ki, hərəkət həyatın vacib tərəfidir”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024