Mobil versiya
Psixoloq abituriyentlərə və valideynlərə xəbərdarlıq etdi
Tarix: 30-04-2019, 10:52 | Saat: 15:47:00
Bölmə:Səhiyyə | çapa göndər

Psixoloq abituriyentlərə və valideynlərə xəbərdarlıq etdi


Hazırda abituriyenlər ali məktəblərə qəbul imtahanının həyəcanını yaşayırlar.



İmtahan qabağı abituriyentlərin ən böyük düşməni stress, qorxu hissidir. Bəzən imtahan prosesində bu hisslər şagirdin bildiklərini unutması, hətta imtahan prosesini yarımçıq tərk etməsi ilə nəticələnir. Bu isə sonradan həm abituriyent həm də valideynlərdə yaxşı izlər buraxmır.

Bəs bu stresin qarşısını necə almaq olar? Şagird özünü imtahana psixoloji cəhətdən tam olaraq necə hazırlamalıdır?



Bu barədə psixoloq Gülər Məmmədova Modern.az-a danışıb.



O bildirib ki, adından göründüyü kimi imtahan həyəcan yaradır, amma bu təcili yardım çağıracaq, böyük problemə çevriləcək qədər ciddi bir proses deyil.



“Bəzi insanların psixologiyasında elə gərginlik olur ki, onların özündən aslı olmayaraq həyəcan diareyiyaya, ürək döyüntüsünün sürətlənməsinə, təzyiqin normadan yüksəyə qalxmasına və ya düşməsinə səbəb ola bilər. Bunlar da psixoloji baş verir, qan dövranı sürətlənir. Nəticədə stress yaranır və bildiklərini də unutmaqla nəticələnə bilir. İmtahan prosesi həm ailədən gələn təsir, həm də abituriyentin yaşına uyğun olaraq onda həyəcan hissinin yaranmasına səbəb olur. Ailənin yaratdığı ab-hava abituriyentin psixoloji durumuna birbaşa təsir edir. Məsələyə fərqli yöndən yanaşsaq görərik ki, imtahan çox adi bir prosesdir. Şagirdlər stress yaşamasın deyə imtahan bəsitləşdirilməli, mürəkkəb prosesə çevrilməməlidir. Təəssüf olsun ki, bir çox ailələrdə xüsusilə ilk övlad imtahan verdiyi təqdirdə yüksək nəticə gözləyərək abituriyentə stress yaşadırlar. Belə ki, başqa şagirdlə müqayisə və ya ödənişli əsaslarla oxumağı problem edərək abituriyentə psixoloji basqı edirlər. Məktəbli üçün də valideynin bu cür istəkləri böyük gözləntidir. Tövsiyə olunur ki, valideynlər bu həyəcanı yaratmasınlar, psixoloji gərginlik hiss edilən zaman psixoloqa və ya mütəxəssisə müraciət etsinlər. Uşağın həyəcan prosesini, təşvişini aradan qaldırsınlar.

Ümumiyyətlə potensialı yüksək olan birinin özünə inamı da daha güclü olur və başqalarından az həyəcanlanır”.



Psixoloq qeyd edir ki, bu il həyəcan daha azdır.



“Bu il imtahan prosesi iki mərhələyə bölündüyü üçün abituriyentlərdə həyəcan azalıb. Birinci mərhələdə aldıqları nəticəyə əsasən daha yaxşı hazırlaşırlar ki, bu da onların məqsədyönlü olmasından irəli gəlir. İmtahan öncəsi abituriyent yuxu rejimini bərpa etməli, qida rejiminə diqqət yetirməli, energetik içkilərdən uzaq olmalı, telefonla çox oynamamalı və təmiz hava qəbul etməlidir. Bütün fikrini əsas məqsədinə yönəltməlidir”.

aia.az



5150 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930