Mobil versiya
Hərbçimiz vətənə medalla qayıtdı
Tarix: 29-04-2019, 18:01 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Hərbçimiz vətənə medalla qayıtdı


Aprelin 22-dən 24-dək Ukraynanın Xarkov şəhərində əlbəyaxa döyüş növləri üzrə Avropa çempionatı keçirilib.



Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, yarışda ölkəmizin milli komandası da iştirak edib.



Komandanın tərkibində mübarizə aparan DİN Daxili Qoşunlarının baş leytenantı İlqar Nəcəfli yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib. O, çəkisi 85 kiloqramadək olan idmançılar arasında final mərhələsinə qədər irəliləyərək gümüş medala sahib olub.

Təmsilçimizi bu yarışa DİN İdman Cəmiyyətinin əməkdaşı, polis mayoru Aydın Həşimov hazırlayıb.

Yeri gəlmişkən, hələ kiçik yaşlarında olarkən idmanın karate-Do növü ilə məşğul olmağa başlayan İlqar ilk uğurunu Bakıda keçirilən beynəlxalq turnirdə qazanıb. Daha sonra peşəkar idmanda nailiyyətlər əldə edib. O, ikiqat dünya çempionu, Avro-Asiya turnirinin qalibi, Dünya kubokunun sahibidir.



DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya, dünya və Avropa çempionu Zemfira Meftaxetdinova qazandığı növbəti nailiyyətlə əlaqədar İ.Nəcəflini qəbul edərək onu təbrik edib, hər bir uğurun ölkəmizin idman ictimaiyyəti üçün dəyərli olduğunu diqqətə çatdırıb.

aia.az



5162 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-08-2019
22-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031