Mobil versiya
Türkiyə millisinin sabiq futbolçusu Ümit Karan həbs olunub
Tarix: 29-04-2019 | Saat: 16:24
Bölmə:İdman | çapa göndər

Türkiyə millisinin sabiq futbolçusu Ümit Karan həbs olunub




Türkiyə millisinin sabiq futbolçusu Ümit Karan azadlıqdan məhrum edilib.

ONA-nın məlumatına görə, “Qalatasaray”da da oynamış hücumçu cinsi təcavüz səbəbindən həbs olunub.

Belə ki, o, 2015-ci ildə yaşadığı binanın mühafizəsi işləyən qadına təcavüz etməkdə günahlandırılır. Həmin vaxt məhkəmə dəlil azlığı səbəbindən Ü.Karana bəraət versə də, İstanbul Bölgə Ədliyyə Məhkəməsi bu gün çıxardığı qərarla onu azadlıqdan məhrum edib.
Ü.Karan məhkəmədə günahının olmadığını bildirsə də, 1 il 8 ay həbs cəzası alıb.

Qeyd edək ki, 1999-2007-ci illərdə Türkiyə millisində oynamış futbolçu 10 oyuna 3 qol vurub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024