Mobil versiya
Üzünü it parçalayan uşağın SON DURUMU - Tikişlər sökülüb, üç gündən bir vaksinasiya olunur
Tarix: 29-04-2019 | Saat: 10:59
Bölmə:Manşet / Ölkə | çapa göndər

Üzünü it parçalayan uşağın SON DURUMU -


Üzünü it parçalayan Hüseyn Məmişovun vəziyyəti normaldır. Yaralar sağalıb, tikişlər sökülüb.

Bu barədə Trend-ə uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Məhəbbət Cəfərov deyib.

Onun sözlərinə görə, müalicə bitsə də, uşağın valideynləri onu xəstəxanadan çıxarmağa ehtiyat edirlər:

“Hələki quduzluğun heç bir əlaməti yoxdur. Vaxtında vaksinasiya aparılır. Hər şey normaldır. Əgər quduzduğun əlaməti olsaydı, uşaq infeksion xəstəxanaya köçürülərdi. O, evə getməlidir. Lakin evə apamaqda valideynlər tərəddüd edirlər, çünki evdə məktəbə gedən digər uşaqlar var. Hazırda uşaqla bağlı heç bir müalicə getmir. Ancaq üç gündən bir vaksinasiya olunur”.

Xatırladaq ki, aprelin 16-da Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. İt quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Kliniki Tibbi Mərkəzə aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024