Mobil versiya
İtlərdən insanlara hansı xəstəliklər keçir? - Baytardan açıqlama
Tarix: 26-04-2019, 17:00 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

İtlərdən insanlara hansı xəstəliklər keçir?


"İtlərin orqanizmində yaşayan viruslar, bakteriyalar, göbələklər, birhüceyrəli (protozon) qurdlar xəstəlik mənbəyidir. İtlərin tüklərində olan mikroblar onları sığalladığımız zaman asanlıqla bizə keçə bilər”.

aia.az bildirir ki, bunu medicina.az-a açıqlamasında baytar Şamil İbrahimov deyib.

Həkim bildirib ki, bu aylar heyvanlarda cütləşmə dövrüdür, ona görə də ilin digər ayları ilə müqayisədə bu aylarda heyvanlarda aqressivləşmə olur: "Quduz xəstəliyi heyvanlardan insanlara keçən ən təhlükəli xəstəlikdir. İt dişləməsi zamanı güclü qanaxma da ola bilər.

Dişlənmə zamanı bir çox mikrob insan orqanizminə keçir. İtlərdən keçən xəstəliklərdə virus mərkəzi sinir sisteminə çatan kimi simptomlar özünü büruzə verir. Halsızlıq, yüksək temperatur, baş və boğaz ağrısı, öskürək, iştahasızlıq, qarın ağrısı, mədə bulanması, qusma, ishal kimi əlamətlər müşahidə edilir. Xəstələrin 50%-də yara yerində ağrı, keyimə və yaxud dəri altı iynələnmə ola bilir.

Pasiyentlərin 40%-də yaxşılaşmış yaraya rəğmən bütün bədəndə qaşıntı meydana gəlir. Viruslar fərqli neyron qurplarına daxil olduğu üçün qorxulu yuxu, gərginlik, diqqət pozuntusu, işıqdan, sudan və heyvanlardan qorxma hissləri müşahidə olunur. Bu simptomlar ilk mərhələdən həkim nəzarətində olmasa. ölüm qaçılmazdır. Xəstəliyin ortalama vaxtı 18 gündür”.

Mütəxəsisin sözlərinə görə, sahibsiz itlərin artmasının qarşısını da almaq lazımdır. Bunun üçün tibbi müdaxilə labüddür. Aidiyyəti qurumların sahibsiz itlərə qarşı xüsusi nəzarət planı tətbiq etməyi zəruridir: "Sahibsiz heyvanlarda cütləşmə dövrünü xüsusi ilə nəzərə almaq lazımdır.

Heyvanlardan insanlara bir çox xəstəlik keçir. Heyvanlara ildə bir dəfə peyvəndləmə mütləq edilməlidir. Onlara qurd əlehinə iynələr vurulub dərmanlar verilməlidir. Çünki bu ərəfədə ən çox yayılan və təhlükəli olan məhz qurd xəstəlikləridir. Tetenus infeksiyası da insanlara heyvanlardan keçir. Bütün bunlara qarşı profilaktik tədbirlər mütləq kütləvi şəkildə aparılmalıdır”.


aia.az



5129 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-07-2019
21-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031