Mobil versiya
Ekspert: Azərbaycanda lama və dəvəquşu olmadığı üçün onlar qanunun predmeti ola bilməz
Tarix: 26-04-2019, 13:06 | Saat: 15:47:00
Bölmə:Maraqlı | çapa göndər

Ekspert:


Azərbaycanda kənd təsərrüfatı əsas riskli sahələrdən biri olduğuna görə sığorta şirkətləri bu sahədə sığorta işinin təşkili ilə məşğul olmaq istəmirlər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən ekspert Zahid Abbasov deyib.

O bildirib ki, sığorta şirkətləri aqrar sahənin sığorta edilməsini özləri üçün riskli hesab edirlər.

Ekspert “Aqrar sığorta haqqında” qanunun hazırlanmasını çox müsbət dəyərləndirib: “Bu qanunun ən böyük üstünlüyü odur ki, aqrar sahədə olan risklərin hamısını dövlət öz üzərinə götürür. Bu da Prezident İlham Əliyevin həyata keçirdiyi səmərəli aqrar siyasətin yeni bir nümunəsidir. Gələcəkdə bu, qanunun işləməsinə imkan yaradır. Bu qanunun digər üstünlüyü odur ki, aqrar sığorta orqanının özü heç kimlə müqavilə bağlamır, idarəetmə qurumu yaradır. Bu qurum sığorta təşkilatlarını sığortalamaya cəlb edir, yəni vasitəçilik edir. Başqa sözlə, aqrar sığorta orqanı aqrar sığorta sisteminin idarə edilməsini və aqrar sığorta informasiya sisteminin aparılmasını idarəedici qurum vasitəsilə həyata keçirir”.

Z.Abbasov qeyd edib ki, idarəedici qurum Azərbaycanda qeyri-həyat sığortası üzrə fəaliyyətə lizensiyası olan hüquqi şəxslər tərəfindən yaradılır və fəaliyyət göstərir.

Ekspert qanunda bəzi çatışmazlıqların olduğunu da söyləyib. O əlavə edib ki, qanunda olmasa da, Dövlət Statistika Komitəsinin təlimatlarında kənd təsərrüfatı heyvanları təsnifatına nələrin daxil olduğu dəqiq şəkildə verilib: “Amma yeni qanunda lama və dəvəquşu aqrar sığortanın predmetlərinə daxil edilib. Azərbaycanda lama yoxdur. Kimsə onu gətirib burada saxlaya bilər, amma bu, o demək deyil ki, lama qanunun predmeti ola bilər. Dəvəquşunu da kimsə gətirərək Abşeronda saxlamışdı, amma iqlimə uyğun olmadığı üçün indi onlar da yoxdur. Buna görə də lama və dəvəquşu qanunda kənd təsərrüfatının predmeti ola bilməz”.


aia.az



5168 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930