Mobil versiya
DYP əməkdaşları tapdıqları pulqabını sahibinə qaytarıb
Tarix: 25-04-2019 | Saat: 13:10
Bölmə:Ölkə | çapa göndər

DYP əməkdaşları tapdıqları pulqabını sahibinə qaytarıb


Oğuzda Dövlət Yol Polisi əməkdaşlarıtapdıqları pul qabını sahibəsinin evinə aparıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, aprelin 24-də Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Təbriz Bəbirli və Samir Şirinov şəhər ərazisində xidmət apararkən pulqabı tapıblar. İçərisində bir qadına məxsus şəxsiyyət vəsiqəsi, müxtəlif sənədlər və pul olduğunu görən polis əməkdaşları onun sahibini tapmaq üçün dərhal axtarışa başlayıblar. Şəxsiyyət vəsiqəsində göstərilən ünvan əsasında onlar həmin xanımı tapmağa nail olublar. Polis əməkdaşları onun Oğuz şəhər sakini Svetlana Ağababayeva olduğuna əmin olduqdan sonra pulqabını ona elə öz evində təqdim ediblər. Sevincini gizlədə bilməyən S. Ağababayeva bu pulun onun üçün nə qədər vacib olduğunu və həmin pulqabını da bankdan kredit götürüb evə qayıdarkən yolda itirdiyini bildirib. Köməksiz vəziyyətə düşdüyü anda polislərin onun yardımına yetişdiyini deyən Oğuz şəhər sakini asayiş keşikçiləri, hər zaman vətəndaşların təhlükəsizliyini təmin edən polislərə dərin minnətdarlığını bildirib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024