Mobil versiya
“Lotos”un rəhbəri Araz Rəhimov 500 min dollarlıq ittihama cavab verdi - AÇIQLAMA
Tarix: 25-04-2019, 12:22 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Lotos”un rəhbəri Araz Rəhimov 500 min dollarlıq ittihama cavab verdi -


"Lotos” Ticarət Mərkəzinin rəhbəri Araz Rəhimov ticarət mərkəzində gəlinlik satışı ilə məşğul olmuş sahibkar Rübabə Vəliyevanın ittihamlarına cavab verib.
Xatırladaq ki, sahibkar R.Vəliyeva Bakupost.az-ın redaksiyasına gələrək, A.Rəhimovdan şikayət etmişi, TM rəhbərinin ona məxsus 500 min dollarlıq malı mənimsədiyini iddia etmişdi. Sahibkar qadın bu məsələ ilə bağlı bütün dövlət qurumlarına şikayət etdiyini, lakin heç bir qurumdan cavab ala bilmədiyini iddia etmişdi.

A.Rəhimov ittihamlarla bağlı açıqlamasında deyib ki, R.Vəliyevanın onun barəsində səsləndirdiyi fikirlər böhtandır və şantaj məqsədi daşıyır: "Onun şikayət etmədiyi yer qalmayıb. İddiasız da əsassız olduğuna görə dedikləri təsdiqini tapmayıb. İndi də bu yalanlarını media vasitəsilə cəmiyyətə təqdim edir. Onun belə daş-qaşı varıydısa, satıb elə icarə pulunu verərdi də. Özü dili ilə deyir ki, 3260 manat icarə borcu olub. Gəlin 60 kvadratlıq istənilən bir gəlinlik mağazasını audit edək. Görək ora 500 min dollarlıq mal yığmaq olarmı? O, heç satıcılarının pulunu vermirdi. Bu məsələni bütün polis instansiyaları araşdırıb. Onun icarə borcu vardı, uzun müddət yoxa çıxdı, biz tapıb pulu ala bilmirdik. Axırda məcbur qalıb öz satıcıları və qonşu mağazaların iştirakı ilə onun mallarını aktlaşdıraraq götürdük ki, icarə pulunu gətirəndə qaytaraq. Orada ancaq gəlinlik paltarları olub”.

A.Rəhimov bildirib ki, bu xanımı əslən naxçıvanlı olan tanınmış iş adamı Bəy Mamedin vasitəsilə tanıyıb: "O vaxt Mamed məndən xahiş etdi ki, qadına 10 min borc verim ki, gedib mal vursun. Baxdım ki, pulu vermək istəmir. Düz bir ildən sonra ondan pulumu istəyəndə dedi ki, bəs bu, Bəy Mamedin pulu deyil? Dedim, ay xanım, Bəy Mamedin pulu mənim kassamda nə gəzir? Mamedə dedim ki, pulun var da, gətir indi sən ver onun əvəzindən, qoy sənə borclu qalsın. Bəy Mamed də qoşuldu ona, başladı mənimlə qırğın etməyə. Həmin pulu iki ilə bu qadından ancaq aldım. Sonra üç ay icarə haqqını vermədi. 3260-a çatanda onun mağazasını bağladım. Dedim pulu gətirməsən mağazanı açmayacam. Başladı şikayətə. Həmin vaxt Nizami rayonunun polis rəisi olan Nofəl Məhərrəmov məni çağırdı ki, bunu yola ver. Gedib Nərimanovun icra başçısının da yanına xahiş etmişdi. Dedim yola verərəm, amma icarə pulunu vaxtlı-vaxtında versin. Bununla da razılaşmadı. Sonra gəldi ki, mənim dükanımdan "Svarovski” qaşlarım götürülüb. Bu şantaj üsulu ilə çalışdı ki, mağazasını açdırsın, qalan borcunu da ödəməsin. Mənim özüm ibadət edən adamam. İndiyə kimi bir adam deməyib ki, Araz müəllimin obyektində kiminsə malı oğurlanıb. Buranın dörd bir tərəfi kameradır. Mühafizə xidmət göstərir, hansı oğurluqdan söhbət gedə bilər? Bütün vasitələrlə ona xəbər göndərdim gəlmədi. Məlum oldu ki, bu adam, əslində, borcluların əlindən qaçır ki, onu tapa bilməsinlər. Hamıya da deyirmiş ki, Arazdan pulu alıb, sizin borcları bağlayacağam. Bir ondan soruşun görək, 500 min dollarlıq daş-qaşı Azərbaycana hansı vasitələrlə gətirib? Bunun gömrük bəyannaməsi varmı? Bir sözlə, böhtan və şantajdır”.


aia.az



5113 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-05-2019
23-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}