Mobil versiya
"Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” mövzusunda seminar
Tarix: 25-04-2019, 11:50 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

"Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” mövzusunda seminar


Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda Avropa Standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində jurnalistlər üçün Nabranda "Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” mövzusunda seminar keçirib.

Seminarın ilk günü GİZ-in əməkdaşı Şakir Səfərbəyov tədbir iştirakçılarını salamlayıb, təlimin məqsədindən, gözlənilən nəticələrdən danışıb.

İki gün davam edən layihə müddətində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, vəkil Sahib Məmmədov layihə iştirakçılarına vətəndaşlıq, beynəlxalq təcrübə, Azərbaycanda vətəndaşlıq, vətəndaşlığın mahiyyəti, ikili vətəndaşlıq, çoxvətəndaşlılıq, vətəndaşlığa xitam verilməsi, vətəndaşlıqdan məhrumetmə barədə geniş məlumat verib.

Bununla yanaşı, o, yerli və beynəlxalq qanunvericiliyə istinad etməklə miqrasiyanın mahiyyəti, miqrasiya proseslərinin hüquqi tənzimlənməsi, miqrasiya formaları, miqrasiya prosesinin iştirakçıları, miqrasiya proseslərinin nəticələri, əmək miqrasiyası haqqında da söhbət açıb.

Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və jurnalistləri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.

Qeyd edək ki, iki gün davam edən seminarın növbəti günü vəkil S.Məmmədov media nümayəndələrinə xarici dövlətdə iş təklifləri, bunun müsbət və mənfi nəticələri, risklərin aradan qaldırılması, miqrasiya proseslərinə mane olan hüquqi normalar və təcrübə mövzusunda da məlumatlar verib.

Onu da əlavə edək ki, seminarda müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən 20-yə yaxın jurnalist iştirak edib.




aia.az



585 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-05-2019
23-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}