Mobil versiya
Baş nazirin müavini: Çinlə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin xalqlarının mənafelərinə tamamilə uyğun gəlir
Tarix: 25-04-2019 | Saat: 10:14
Bölmə:Manşet / Siyasət | çapa göndər

Baş nazirin müavini:


Azərbaycan-Çin münasibətləri möhkəm təməllər üzərində qurulub. Bu əməkdaşlığı dostluq, tərəfdaşlıq kimi xarakterizə etmək mümkündür. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə Çin Xalq Respublikasına rəsmi səfər edib:

"Çinlə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsi ilə bağlı çox vacib sənədlər imzalanıb. Hesab edirəm ki, bizim münasibətlərimiz siyasi cəhətdən kifayət qədər etibarlıdır və yüksək səviyyədə özünün təzahürünü tapıb. Çin tərəfi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini ifadə edib. Təbii ki, Azərbaycan da vahid Çin ideyasını dəstəklədiyini açıq şəkildə bəyan edir. Çinlə iqtisadi cəhətdən əməkdaşlığımız genişlənir. Azərbaycan iqtisadiyyatında Çinin müxtəlif kampaniyaları iştirak edirlər. Güman edirəm ki, gələcəkdə bu istiqamətdə səylərimiz daha da genişlənəcək. Eyni zamanda, Çin və Azərbaycan arasında əməkdaşlığın bir konkret təzahür forması var ki, bu da qədim İpək Yolunun bərpa edilməsi ilə əlaqədar aparılan işlər çərçivəsində reallaşır”.

Baş nazirin müavini vurğulayıb ki, Prezident İlham Əliyevin Çinə cari səfəri də bu dövlət tərəfindən reallaşdırılan 2-ci “Bir kəmər, bir yol” layihəsi üzrə keçirilən böyük beynəlxalq konfransda iştirakla bağlıdır:

“Bu layihənin həyata keçirilməsində bu və ya digər formada iştirak edən dövlətlər həmin konfransda təmsil olunurlar. Təbii ki, Azərbaycan da həmin layihənin həyata keçirilməsində yaxından iştirak edir. Bu mənada Prezident İlham Əliyev də həmin konfransda Azərbaycanı təmsil edir. Beləliklə, hesab edirəm ki, dünyanın iqtisadi cəhətdən ən qüdrətli dövlətlərindən biri olan Çinlə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin xalqlarının mənafelərinə tamamilə uyğun gəlir. Kifayət qədər ciddi əsaslar mövcuddur ki, bu əməkdaşlıq daha da genişlənsin və inkişaf etsin”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə