Mobil versiya
Kürü oğurlayan səfirin yerinə təyinat oldu - NAZİRLİYİN XƏBƏRİ YOXDUR
Tarix: 24-04-2019 | Saat: 13:11
Bölmə:Cəmiyyət | çapa göndər

Kürü oğurlayan səfirin yerinə təyinat oldu


Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yeni səfir təyin edib.

aia.az 1news.az-a istinadən xəbər verir ki, yeni səfir Mahir Əliyev etimadnaməsini bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Əhməd Sari Əl Mazroueyə təqdim edib.

BƏƏ-li rəsmi səfirə fəaliyyətində uğurlar arzu edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətin rəhbəri Leyla Abdullayeva Bakupost.az-a bildirib ki, BƏƏ-yə yeni səfir təyinatı ilə bağlı onlarda heç bir məlumat yoxdur: "Səfirlərin təyinatı ali sərəncamla həll edilir. Belə bir sərəncam olmadığı üçün təəssüf ki, biz bu barədə əlavə məlumat verə bilməyəcəyik".

Xatırladaq ki, Mahir Əliyev daha əvvəl Suriya və Livanda ölkəmizi təmsil edib.

Qeyd edək ki, bir müddət əvvəl BƏƏ-dəki sabiq səfir Daşqın Şikarovla bağlı mediada ciddi ittiham yer almışdı. Bildirilirdi ki, diplomat Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş kürü hədiyyəsini mənimsəyib.

Hazırda XİN-in rəsmi saytında Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinə səfiri kimi nə Mahir Əliyevin, nə də Daşqın Şikarovun adı qeyd edilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə