Mobil versiya
Bakı Nəqliyyat Agentliyi könüllü AXTARIR
Tarix: 24-04-2019, 10:00 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Bakı Nəqliyyat Agentliyi könüllü


Bakı Nəqliyyat Agentliyi (BNA) "Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq və Prezidentin könüllülərin dövlət təşkilatlarına cəlb olunması haqqında tövsiyəsinə əsaslanaraq, ASAN modeli təcrübəsinə uyğun könüllülük proqramına start verir.

Bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev aia.az-a bildirib.

""Yol həyatdır” layihəsi çərçivəsində təşkil ediləcək "Nəqliyyat Agentləri” könüllülük proqramın məqsədi, paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin həyata keçirilməsi istiqamətində həyata keçirdiyimiz fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaqdır”.

Proqram çərçivəsində, 18 yaşı tamam olan, Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər öz CV formalarını 10 may 2019-cu il tarixinədəkkonullu@bna.azelektron ünvanına göndərə bilərlər.

"Tərəfimizdən təlimatlandırıldıqdan sonra Agentliyin müvafiq şöbələrində 2 ay müddətində təcrübə keçən könüllülərə sonda sertifikatlar təqdim ediləcək”-deyə M.Ağayev qeyd edib.


aia.az



575 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-05-2019
23-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}