Mobil versiya
ABŞ-ın İrana sanksiyaları Azərbaycana necə təsir edəcək? - İqtisadçı ŞƏRHİ
Tarix: 23-04-2019, 17:50 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

ABŞ-ın İrana sanksiyaları Azərbaycana necə təsir edəcək?


ABŞ İrana qarşı sanksiyaları daha da sərtləşdirməyi düşünür. Rəsmi Vaşinqton Türkiyə də daxil olmaqla 8 ölkədən İranla neft müqavilələrini ləğv etməyi istəyir. Əks təqdirdə, onlar da təzyiq altına düşəcəklər.
İrana tətbiq edilən sanksiyalar Azərbaycana necə təsir edəcək?



Məslə ilə bağlı Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, İrana qarşı sanksiyaların dərinləşməsi və kəskinləşməsi bir çox məsələlərə təsir edəcək:

“İranla iqtisadi əməkdaşlıq edən şirkətlərə və ölkələrə daha ciddi nəzarətin və cəzaların olma ehtimalı var. Amma nə qədər qəribə səslənsə də, bir tərəfdən də bunun Azərbaycana pozitiv təsiri ola bilər. O mənada ki, bu qərarın açıqlanmasından sonra neftin kəskin bahalaşmasını gördük. Neft təqribən 4 faizə yaxın bahalaşaraq, 74 dollara yaxınlaşıb. Azərbaycanın əsas ixracat məhsulu olan neftin qiymətinin qalxması iqtisadiyyata müsbət təsir göstərəcək. Azərbaycanla İranın iqtisadi əlaqələri var, bir neçə infrastruktur layihələrində birlikdə fəaliyyət göstəririk. Əsasən də Şimal-Cənub dəmiryolu dəhlizinin açılması layihəsində. Düşünürəm ki, bu sanksiyalar birgə layihələrin axsamasına və ya təxirə salınmasına da səbəb ola bilər”.



İqtisadçı deyib ki, Amerikanın bu qərarına Avropa ölkələrinin və digər ölkələrin qoşulub-qoşulmamasına da baxmaq lazımdır:

“Əgər Avropa Birliyi ölkələri, Türkiyə, Çin bu qərara qoşulmayacaqsa, o zaman Azərbaycan üçün də müəyyən fürsətlər açılacaq ki, iqtisadi münasibətləri davam etdirsin”.



aia.az



592 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-05-2019
23-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}