Mobil versiya
“Diqlas”ın direktoruna ŞOK İTTİHAM: “500 min dollarımı oğurlayıb, özümü yandıracam” – VİDEO
Tarix: 23-04-2019, 14:37 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Diqlas”ın direktoruna ŞOK İTTİHAM:




Sahibkar Rübabə Vəliyeva "Lotos” Ticarət Mərkəzinin rəhbəri Araz Rəhimova qarşı şok ittihamlar irəli sürüb. Bakupost.az-ın redaksiyasına gələrək A.Rəhimovu qanunsuz əməllərdə ittiham edən sahibkar qadın deyir ki, ticarət mərkəzinin rəhbəri ona 500 min dollarlıq ziyan vurub.

Qeyd edək ki, diqqətli oxucular Araz Rəhimov adını ötən ay yanıb külə dönən "Diqlas” Ticarət Mərkəzindən xatırlayır. Araz Rəhimov "Diqlas”la yanaşı, eyni zamanda "Lotos” TM-in də direktorudur.

Şikayətçi R.Vəliyeva deyir ki, 2010-cu ildən "Lotos” TM-də gəlinlik paltarlarının satışı və kirayəsi ilə məşğul olub: "2015-ci ildə dolların bahalaşmasından sonra işlərim pisləşdi. Həmin vaxta qədər mağazanın icarə haqqında heç vaxt gecikmə yaşanmamışdı. Lakin işlərin zəifləməsindən sonra icarə haqqını bir neçə ay vaxtında verə bilmədim. Həmin dövrdə oğlum ağır xəstəliyə tutuldu. Əlimdəki pulu da onun əməliyyatına və müalicəsinə xərclədim. "Lotos”un rəhbəri Araz Rəvimovdan icarə haqqını ödəmək üçün vaxt istədim. O isə qapını plomplayıb mənə vaxt verdi. Təxminən bir həftə sonra icarə haqqını gətirdim. Gördüm ki, mağazamda təmizlik işləri aparılır. Mağazada 500 min dollarlıq malım var idi. Hamısı boşaldılmışdı. Araz Rəhimov mənə dedi ki, sənin mağazada heç nəyin olmayıb”.

Rübabə Vəliyevanın sözlərinə görə, onun malını özündən xəbərsiz yığıb satıblar: "Mənim cəmi 3260 manat icarə haqqı borcum var idi. Bu məbləğə görə, mağazamdakı 500 min dollarlıq malımı çıxarıb satıblar. Bu, özbaşınalıqdır, özgə malını mənimsəməkdir”.

Xanım sahibkar qeyd edir ki, daha sonra məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun qəbulunda olub. M.Seyidov onu dinləyib və şikayətinin araşdırılması üçün Nizami rayon polis idarəsinin rəisi Nofəl Məhərrəmova tapşırıq verib. Polisin işə qarışmasından sonra R.Vəliyevanın mallarının bir qismi qonşu "Diqlas" TM-də tapılıb. Polis əməkdaşlarının müşaiyəti ilə R.Vəliyevanın başqa sahibkarlara satılmış malları aşkarlanıb, şəkilləri çəkilib: "Nofəl Məhərrəmovun tapşırığından sonra bir tədqiqatçı ilə getdik indi yanıb külə dönmüş "Diqlas” Ticarət Mərkəzində üç mağazada mənim mallarımı tapdıq, şəkillərini çəkdik. Ordakı sahibkarlar dedi ki, onlar geyimlərin kimin olduğunu bilmirlər, gətirib satıblar, onlar da alıb. Daha sonra getdik "Lotos”da boş mağazanı çəkdik. Müdiriyyət polisin qabağına çıxmadı. Bundan sonra N.Məhərrəmovun qəbulunda Araz Rəhimovla üzləşdik. O, polis rəisinin yanında mənə və rəisə söz verdi ki, məsələni həll edəcək. Demişdi, gedib mallarıma baxım, görüm nə çatışmır. Baxdım ki, mallarımın cəmi 10 faizini qaytarıb yerinə qoyublar. Mən də buna görə Araz Rəhimova razılaşmadım və mallarımın hamısını tələb elədim”.

Sahibkar xanım deyir ki, bundan sonra bütün aidiyyəti qurumlara dəfələrlə şikayət edib, işin araşdırılmasını tələb edib, A.Rəhimovun qanunsuz əməlinə görə cinayət işi açılmasını tələb edib, lakin heç bir nəticə yoxdur.

Şikayətçi bildirib ki, oğurlanmış palları o bankdan kredit götürüb alıbmış: "Təsəvvür edin mənim vəziyyətimi: mallar qaytarılmır, mənsə banka pul verməliyəm. Faizlər yığılıb üst-üstə. Bank məndən şikayət edib, ölkədən çıxəışa qadağa qoyulub”.

R.Vəliyeva son olaraq ölkə başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib, onlardan işin araşdırılması üçün kömək istəyib.

Xanım sahibkar deyir ki, əgər onun şikayətinə yenidən ədalətli şəkildə baxılmasa, Prezident Administrasiyasının qarşısında özünə qəsd edəcək.

R.Vəliyevanın başına gələnlərlə bağlı danışdığı videonu təqdim edirik:



aia.az




576 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-05-2019
23-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}