Mobil versiya
Spiker: “Nə üçün müharibəyə çağırış etməliyik?!”
Tarix: 23-04-2019, 14:34 | Saat: 15:47:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

Spiker:




"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi işlər görürük. Münaqişə ilə bağlı müzakirədə müharibəyə çağırsaq, nə əldə edə biləcəyik? Münaqişəni sülh yolu ilə həll edə biləriksə, nə üçün müharibəyə çağırış etməliyik?!”

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Oqtay Əsədov belə deyib.

Onun sözlərinə görə, ermənilər başa düşürlər ki, bununla nəyəsə nail ola bilməyəcəklər.

"Dağlıq Qarabağda yaşayanlara deyirik ki, Azərbaycan vətəndaşlarıdır, biz dünyaya bu çağırışı edirik. Azərbaycanın şərtlərinin yerinə yetirilməsi sülh yolu ilə mümkün ola bilərsə, nə üçün buna qarşı çıxmalıyıq?! Ermənistanın bir ağılsız naziri çıxış edir ki, Azərbaycandan torpaq almalıyıq. Onlar başa düşürlər ki, bununla nəyəsə nail ola bilməyəcəklər, boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər”.



aia.az



5114 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-05-2019
23-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}