Mobil versiya
Deputat: Azərbaycanın güclü dövlətə çevrilməsindən narahat olan qüvvələr növbəti qarayaxma kampaniyasına başlayıb
Tarix: 22-04-2019, 18:28 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Deputat:


Azərbaycanın uğurunu gözü götürməyən qüvvələr daim ölkəmizin inkişafına, nailiyyətlərinə kölgə salmağa cəhd ediblər və bu proses indi də davam edir. Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bu, Azərbaycan dövlətinin və Prezidentinin fəaliyyətinə qara yaxmağa çalışan qüvvələrin məkrli kampaniyasıdır:

“Ermənilər həmişə bu kampaniyanın önündə durur. Bu gün də ermənilər bu kampaniyanın fəal üzvləridir. Təəssüflər olsun ki, hətta bu prosesdə özümüzdən olan naxələflər də iştirak edir, müəyyən dairələrə Azərbaycan haqqında yanlış məlumatlar ötürür, şər və böhtanlar yayırlar. Azərbaycanın inkişafı göz qabağındadır və bunu bütün dünya görür. Ona görə də Avropa İttifaqı və bir çox beynəlxalq təşkilatlar bu inkişafı, ölkə rəhbərinin həyata keçirdiyi siyasəti dəstəkləyir, Azərbaycanla yaxından əməkdaşlıq edirlər. Çünki həmin qurumlarda ağıllı və uzaqgörən siyasətçilər var. Onlar bu antimilli ünsürlərin ölkəmizlə bağlı yalan məlumatlarını ciddi qəbul etsəydilər, Azərbaycanla əməkdaşlıq etməzdilər. Həmin təşkilatlar araşdırma aparır, Azərbaycanın uğurlarını, inkişafını görür və buna görə də rəsmi Bakı ilə əməkdaşlığa razılıq verirlər. Azərbaycan Prezidentinin beynəlxalq aləmdəki nüfuzunu, onun dünyada sülhə, əmin-amanlığa çağırışlarını eşidir və Azərbaycanla yaxından əməkdaşlıq etmək istəyirlər".

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, habelə qarşıdan gələn dövrdə bir sıra mühüm tədbirlərə ev sahibliyi edəcəyindən, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanacağından, Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağından, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyindən ciddi narahat olan həmin qüvvələr artıq Azərbaycan rəhbərliyinə qarşı növbəti qarayaxma kampaniyası həyata keçirir.

T.Rzayev deyib ki, Azərbaycan ziyalıları, millət vəkilləri həmin qüvvələrə fəaliyyətləri ilə cavab verməlidir: “Biz Azərbaycanın inkişafını geniş təbliğ etməliyik, Azərbaycanın uğurları barədə məlumatları faktlarla beynəlxalq aləmə çıxartmalıyıq. Biz Azərbaycanın əldə etdiyi nəticələrlə sübut etməliyik ki, antimilli ünsürlərin dedikləri həqiqətən də qarayaxma, böhtandır, onlar Azərbaycanı istəməyən qüvvələrdir”.

aia.az



563 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}