Mobil versiya
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
Tarix: 20-04-2019, 12:01 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır



"Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində Müqavilə” layihəsinin hazırlanması işləri davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbsindən aia.az-a verlən məlumata görə, məqsəd Rusiyada əmək miqrantları kimi fəaliyyət göstərən Azəbaycan vətəndaşlarının gələcəkdə pensiya və sosial sığortalanma üzrə hüquqlarının təmin olunması üçün hüquqi əsasların yaradılmasıdır.

Layihənin hazırlanması ilə əlaqədar Moskva şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə Rusiya Federasiyası Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşları arasında ikinci ekspert görüşü keçirilib.

Görüşdə sözügedən sənədin əhatə dairəsi, tərəflərin ərazisində çalışan vətəndaşlara münasibətdə tətbiq olunacaq sosial sığorta rejimi müzakirə olunub. Eyni zamanda, bu əsasda həmin vətəndaşların pensiya məbləğinin ilkin və təkrar hesablanması, ödənilməsi, çatdırılması qaydaları və mexanizmləri, bununla bağlı bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılıb.

aia.az



5228 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-11-2019
13-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930