Mobil versiya
Rahimə Xanım ziyarətgah-məscidinin qeydiyyatı üçün müraciət olundu
Tarix: 13-01-2016, 14:12 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet2 / Karusel | çapa göndər

Rahimə Xanım ziyarətgah-məscidinin qeydiyyatı üçün müraciət olundu
“Qanunauyğun fəaliyyət göstərəcək”.

Nardaranda qeydiyyatsız fəaliyyət göstərdiyinə görə bağlanan Rəhimə Xanım ziyarətgah-məscidinin qeydiyyata alınması üçün Qafqaz Müsəlmanları İdarəsinə müraciət edilib.

Aia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilati məsələlər şöbəsinin müdiri Hacı Əlirza Qafarov deyib.

O bildirib ki, Rəhimə Xanım məscid-ziyarətgahının dini icması qeydiyyatla bağlı QMİ-yə müraciət edib:

“Biz uyğun gördük və sənədlərin toplanması üçün göstəriş verdik. Onlar sənədlərini toplayıb bizə təqdim edəcəklər və biz də aidiyyəti üzrə rəy verib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yollayacağıq. Güman edirəm ki, məscid-ziyarətgah tezliklə qeydiyyata alınacaq və qanunauyğun fəaliyyət göstərəcək”.

Qeyd edək ki, Nardarandakı hadisələrdən sonra qəsəbə üzrə yalnız Cümə məscidi qeydiyyatı olduğu üçün fəaliyyətini davam etdirib. Digər məscidlər - Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidi isə qeydiyyatları olmadığı üçün fəaliyyətini dayandırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, həmin məscidlər sənədlərini toplayıb, QMİ-yə verməli və QMİ də öz rəyi ilə birlikdə sənədləri komitəyə təqdim etməlidir.



5505 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30