Mobil versiya
Bakıda əsən güclü külək fəsadlar yaratdı
Tarix: 19-04-2019, 10:44 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakıda əsən güclü külək fəsadlar yaratdı


Bu gecə paytaxtda əsən güclü şimal-qərb küləyi fəsadlar yaradıb.

Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun Trend-ə bildirib ki, güclü külək Bakıda iki ünvanda ağacları sındırıb:

"Müraciətlər Xətai rayonunda qeydə alınıb. Sakinlər idarəyə müraciət edərək iki ünvanda ağacların sınmasını bildiriblər və əməkdaşlarımız hadisə yerinə cəlb olunublar".

O.Məmmədovun sözlərinə görə, hadisədə xəsarət alan olmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bu gün havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

aia.az



5116 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}