Mobil versiya
Deputat: Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır
Tarix: 18-04-2019, 16:08 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Deputat:


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə - hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərmanın elmi-nəzəri təhlili” mövzusunda Dəyirmi Masa təşkil olunub.

Trend-in məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, Ədliyə Nazirliyinin Ədliyyə Akademiyasının, Baş Prokurorluğun Elm və Tədris Mərkəzinin nümayəndələri və İnstitutun hüquqşünas alimləri və digər qonaqlar iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə açan İnstitutun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə bildirib ki, bu fərman ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına və bu sahədə islahatların dərinləşəcəyinə böyük ümid yaradır:

“Bildiyiniz kimi AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əsas məqsədi hüquq, insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsini təmin etməkdən ibarətdir. Odur ki, məlum sənədin elmi-nəzəri təhlilinə ehtiyac var”.

A.Mustafayeva vurğulayıb ki, bu fərman Prezident İlham Əliyevin daim xalqın qayğısına qaldığını, ölkənin inkişafı, sahibkarlığın güclənməsi, qeyri neft sektorunun inkişafına, insan kapitalına və bütün sahələrdə islahatların aparılmasına maraqlı olmasının göstəricisidir.

Tədbirdə iştirak edən millət vəkilləri, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun hüquqşünas alimləri məlum Fərmanın icrası ilə bağlı elmi yanaşmanı səsləndirib, müvafiq təkliflər veriblər. Eyni zamanda səsləndirilən təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb, nəticə etibarı ilə Fərmanın ölkəmizin taleyüklü məsələlərinin həllində xüsusi önəm daşıyacağına əminliklərini bildiriblər.


aia.az



576 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}