Mobil versiya
Daha 4 siyasi məhbus azadlığa çıxır - Ərizə yazdılar
Tarix: 17-04-2019 | Saat: 10:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Daha 4 siyasi məhbus azadlığa çıxır -


Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış dörd məhkum vaxtından əvvəl şərti azadlığa buraxılmaları haqda xahişlə məhkəmələrə müraciət ediblər.

Bu barədə "Turan”a "Hamısını azad et!” ictimai kampaniyasının təşəbbüskarlarından biri, hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib.

Onun sözlərinə görə, ötən həftə Baş Prokurorluğa və Penitensiar Xidmətə siyasi məhbusların azad edilməsi haqqında müraciətlər göndərildikdən sonra məhbuslar özləri onların vaxtından əvvəl azad edilməsinin hüquqi mexanizmlərindən istifadə etməyə başlayıblar.

Xüsusən "Səid Dadaşbəylinin işi” üzrə üç məhbus - Dadaşbəyli özü, Cahangir Kərimov və Ceyhun Əliyev vaxtından əvvəl şərti azadlığa buraxılmaları haqqında rayon məhkəmələrinə müraciət ediblər. Dadaşbəyli və Kərimovun 13,5 illik azadlıqdan məhrumetmə cəzalarının 1 il üç ayı qalıb. Hepatit-B-dən əziyyət çəkən Əliyevin isə 14 illik həbs cəzasının 1 il 9 ayı qalıb.

Hər üçü cəzalarının 3/4-nü çəkdikləri üçün vaxtından əvvəl şərti azadlığa buraxılmalarını xahiş etmək hüququna malikdirlər.

2017-ci ilin sentyabrında üç il müddətinə azadlıqdan məhrum edilmiş "Azadlıq” qəzetinin regional müxbiri Ziya Əsədli də ərizə yazıb. O, cəzasının yarısından çoxunu çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılmaq hüququna malikdir.

Xahiş ərizələrinin yazılması bir sıra müzakirələr doğurub.



Əfv siyahılarının hazırlanmasında fəal iştirak edən hüquq müdafiəçisi Novella Cəfəroğlu "Yeni Müsavat”a açıqlamasında ərizə yazan məhbusların tezliklə azadlığa buraxılacağını bildirib: "Ərizə yazmaq qəbahət deyil. Məhbus yazmır ki, məni bağışlayın. O yazır ki, məni vaxtından əvvəl buraxın. Hamısı ərizə yaza və bu ərizəyə baxılıb azad oluna bilər. Gözləmək lazımdır deyil ki, mayda kimlərsə buraxılacaq. Bizim ümidlərimiz də çoxdur. Amma bilmirik ki, bu olacaq ya yox. Nəsə demək olduqca çətindir. Məhkəmələr və ərizələr yolu ilə onlar azad oluna bilərlər. Hökumət burada güzəştə getməli və onların hamısını məhkəmələr yolu ilə azad etməlidir. Çünki onların həbs müddətlərinin başa çatmasına çox az qalıb. Təsəvvür edin ki, cəza müddətlərinin bitməsinə 3-4 ay, yaxud 1 il üç və ya dörd ay qalanlar var. O məhbusları kimsə məcbur etmir ki, ərizə yazsınlar. Ərizə yazanları da qınamaq olmaz. İndiyə qədər çox ərizə görmüşük. Hökumət güzəştlərə getməlidir. Biz belə məhbusların həbsdə qalmamaları məsələsini qaldırmışıq. Düşünürəm ki, burada anlaşılmazlıq olub. Onların hamısı əfvlə azad olunmalı idilər. Bizim siyahıda onların hamısı var idi. Avropa Şurasında bu məsələnin müzakirə edilməsinin bizim üçün elə də əhəmiyyəti yoxdur. Çünki hər şey Azərbaycanda həll olunur. Doğrudur, beynəlxalq təşkilat bizim üçün çox vacibdir, bizə köməklik edirlər. Amma istəsək də, istəməsək də məsələlər Azərbaycanda həll olunur. Bu günləri hökumət məmurlarından çox şey asılıdır. Maya qədər o məhbuslar azad olunsalar çox yaxşı olar. Hesab edirəm ki, bunu etmək olar. Bu çox vacibdir. İlin sonuna qədər deyil, ondan daha tez həmin məhbuslar azad olunacaqlar. Buna çox əminəm. Ona görə belə rahatam”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024