Mobil versiya
İsveçrədə Telman İsmayılova cinayət işi açıldı - 5 İL HƏBS GÖZLƏYİR
Tarix: 17-04-2019 | Saat: 10:45
Bölmə:Manşet / Dünya | çapa göndər

İsveçrədə Telman İsmayılova cinayət işi açıldı -


İsveçrədə Moskvanın Çerkizov bazarının keçmiş sahibi, Azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılov barəsində cinayət işi başladıb.

Bakupost "İnterfax”a istinadən xəbər verir ki, iş adamına qarşı cinayət işi Rusiyanın "VTB” bankına məxsus "BM-Bank”ın iddiası əsasında açılıb. O,
dələduzluqda ittiham olunur.

Cinayəti sübuta yetiriləcəyi T.İsmayılovu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bildirilir ki, "BM-Bank” 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralınadək T.İsmayılova məxsus "AST” qrupunun "Rusline 2000” müəssisəsinə və "Tropicano Finance B.V.”yə 230 milyon dollar məbləğində 3 dəfə kredit verib.

Bir müddət əvvəl "BM-Bank” T.İsmayılova məxsus "Praqa” restoranını, "Tropikano” Biznes Mərkəzini, "AST” Ticarət Mərkəzini və Moskvada Kutuzov prospektindəki 2 mənzilinə, habelə onun ABŞ-dakı "Craig Valley Plaza” Ticarət Mərkəzinə həbs qoyulub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024