Mobil versiya
“Prezidentin yeni sərəncam və tapşırıqlarının şahidi olacağıq” - DEPUTATLAR
Tarix: 16-04-2019 | Saat: 14:37
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Prezidentin yeni sərəncam və tapşırıqlarının şahidi olacağıq”


Prezident İlham Əliyev 15 aprel 2019-cu il tarixdə imzaladığı sərəncam və fərmanlar bir sıra kateqoriyalardan olan vətəndaşlara sosial müavinətlərin və Prezident təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılmasını, yeni təqaüd növlərinin təsis olunmasını təmin edib.

Milli Məclisin deputatları Modern.az saytına açıqlamalarında ölkə başçısının sosial sahədə həyata keçirdiyi işlərdən danışıblar.


Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov prezidentin dünənki dərman və sərəncamlarını yüksək qiymətləndirib:


“Xüsusilə aztəminatlı ailələrin, tələbələrin, təqaüdçülərin, müəllimlərin, həkimlərin maaşlarının artırılması istiqamətində atılan addımlar böyük işdir. Bu, cənab Prezidentin öz xalqına, millətinə olan böyük diqqətidir. Necə ki, 2003-cü ildə prezident seçilərkən “Mən hər bir azərbaycanlının prezidenti olacağam” demişdi. Doğrudan da, biz bunu görürük”.


Deputat Fəzail Ağamalı bildirib ki, bu işlər ardıcıl və sistemli xarakter daşıyır:


“Ölkə prezidentinin bu addımını yüksək qiymətləndirirəm. Belə başa düşürəm ki, dünən imzalanana sənədlər İlham Əliyevin sosial müdafiə, xalqın rifah halının yüksəldilməsi, xüsusilə qayğıya ehtiyacı olan insanların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı aylardan bəri davam edən işlərinin növbəti mərhələsidir. Dəfələrlə söyləmişəm və yenə də təkrar edirəm. Bu işlər ardıcıl və sistemli xarakter daşıyır. Ölkə Prezidentinin siyasətində bundan sonra və bunabənzər sərəncamların imzalanmasının, tapşırıqlar verilməsinin şahidi olacağıq. Xüsusi olaraq qeyd etmək istərdim ki, Prezidentin dünən söyləmiş olduğu fikri hər bir Azərbaycan vətəndaşı yüksək dəyərləndirdi. Cənab İlham Əliyevin dediyi kimi, ədalət prinsipinə riayət olunmalıdır. Bu məsələdə ədalət prinsipinin qorunub saxlanılması ən önəmli yanaşmadır. Bu, bir daha göstərdi ki, İlham Əliyev Azərbaycan xalqının bütün təbəqələrinin prezidentidir”.


Deputat Tahir Rzayevin sözlərinə görə, dünənki fərman və sərəncamlar ölkə başçısının öz vətəndaşlarına göstərdiyi diqqət və qayğının ifadəsidir:


“Cənab prezidentin dünən imzaladığı sənədlər yüksək qiymətləndirilməlidir. Çünki sosial rifahın yaxşılaşdırılması sosial paketə daxil olan layihələrdən biridir. İnsanlara sosiaı diqqət göstərmək, müavinətlərin, təqaüdlərin artırılması, məcburi köçkünlərə göstərilən yardımlar və sairə məsələlər son dövrlərdə həyata keçirilən sosial işlərdir. Bunu yüksək qiymətləndiririk. Cənab Prezident qarşıya qoyduğu bütün məsələləri həyata keçirir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024