Mobil versiya
Miri Yusif üç günlük solo konsert barədə danışıb - FOTO+VİDEO
Tarix: 15-04-2019 | Saat: 16:08
Bölmə:Aia TV | çapa göndər

Miri Yusif üç günlük solo konsert barədə danışıb  -



Populyar müğənni, Azərbaycanın Əməkdar artisti Miri Yusif öz pərəstişkarları üçün üçgünlük bayram hazırlayır: iyunun 7-də, 8-də və 9-da “Yaşıl teatr”ın səhnəsində bu artistin solo konserti barədə xəbərdən sonra Azərbaycan şou-biznesin bu gənc artistin sənətinə böyük maraq olması barədə yenidən danışmağa məcbur olub, öz kumirləri ilə canlı ünsiyyət üçün çox darıxmış fanatlar isə hədsiz seviniblər: axı, Miri Yusifin pərəstişkarları onunla axırıncı dəfə keçən ilin iyul ayında elə həmin “Yaşıl teatr”da görüşüblər.

“SS-production” şirkətinin təşkilatı dəstəyi ilə keçiriləcək yeni konsertin Azərbaycan şou-biznesində ilin əsas hadisəsi olacağı gözlənilir. Bu gün “SS-production” şirkətinin Instagram səhifəsində çox maraqlı bir video yerləşdirilib. Miri Yusif öz yaradıcılığının mühüm tərkib hissələri barədə danışır, onun nəzərində tamaşaçı, yaradıcılıq, mahnı və üç günlük solo konsertin əhəmiyyəti barədə suallara cavab verir.

https://www.instagram.com/p/BwRLZOgFTCx/

Artist qarşıdakı şouya hazırlıq prosesi barədə fikirlərini öz Instagram bloqunda paylaşır. Elə həmin səhifədə o, proqramın məzmunu barədə yenilikləri də açıqlayır. Məlum olur ki, Miri Yusif konsertə gələnləri yeni mahnılarla da sevindirmək istəyir. Artist bütün tamaşaçıların çoxdan xoşladığı hitlərlə yanaşı, həm də yeni mahnılar ifa edəcək. Belə mahnılardan birini (“RUZİGAR” mahnısını) müğənni yaxın vaxtlarda öz YouTube kanalında təqdim edib. https://youtu.be/PiEj24Vloyk

Qeyd edək ki, artistin yeni konsert proqramı onun pərəstişkarları üçün əsil hədiyyə olacaq. Miri Yusif bu konsertin pleylistini öz fanatları ilə birgə formalaşdırır. Onlar artistin Instagram bloqunda və sosial şəbəkələrdəki rəsmi səhifələrində öz arzularını birdirirlər. Beləliklə, heç kəs inciməyəcək – hər kəs Miri Yusifin ifasında öz sevimli mahnısını dinləyəcək.

https://www.instagram.com/p/Bv3d3_1FJ3f/

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024