Mobil versiya
Rektor dissertant və doktorantlarla görüşdü - FOTOLAR
Tarix: 15-04-2019, 14:54 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Rektor dissertant və doktorantlarla görüşdü



Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ATU-nun dissertant və doktorant adını qazanmış nümayəndələrlə görüş keçirib.

Rektor G.Gəraybəyli bildirib ki, universitetə doktoranturaya və dissertanturaya daxil olmuş yeni mütəxəssislərlə görüşün təşkili artıq ənənə halını alıb. Belə görüşlərin əsas məqsədi ATUnun yeni nümayəndələri ilə yaxından tanış olmaqdır: “Siz doktorantura və dissertantura dövründə universitetimizin əməkdaşları hesab olunursuz. İstər universitetdə təşkil olunan konfrans və digər tədbirlərdə iştirak edə bilərsiz. Ona görə də burada aparılan islahatlar, elmi tədqiqatlar sahəsində tətbiq olunan dəyişikliklər haqqında məlumatlı olmalısınız. Eyni zamanda, biz də sizi narahat edən məsələlərdən xəbərdar olmalıyıq”.

Rektor G.Gəraybəyli Azərbaycanda elmin inkişafına dövlət səviyyəsində qayğı göstərildiyini qeyd edərək, prezident İlham Əliyevin sərəncamına əsasən, elm işçilərinin yeni attestasiya qaydalarının hazırlandığını xatırlatdı. Professor G.Gəraybəyli bu il qəbul qaydalarının sərtləşdirilməsinə baxmayaraq, ingilis dili istiqamətində gənc kadrların sayının artmasından məmnunluğunu bildirdi. ATU rektoru universitetin gənc əməkdaşları sırasına yeni qoşulanlara elmi fəaliyyətlərində uğurlar arzuladı.

Qeyd edək ki, bu il 29 nəfər ATU-nun dissertantı, 22 nəfər isə doktorantı olmaq imkanı qazanıb. Onlarla görüşdə ATU-nun elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov, doktorantura və dissertantura şöbəsinin müdiri prof Nailə Sultanova da iştirak ediblər.

aia.az








5117 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}