Mobil versiya
Azad Rəhimov: "Formula 1" Azərbaycan Qran prisinin keçirilməsi ilə bağlı ləngimələr yoxdur
Tarix: 15-04-2019 | Saat: 11:35
Bölmə:Manşet / İdman | çapa göndər

Azad Rəhimov:



"Formula 1" Azərbaycan Qran prisinin keçirilməsi ilə bağlı heç bir problem və ləngimələr yoxdur.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib.

A.Rəhimov bildirib ki, bundan əvvəlki 3 ildə yarış hansı səviyyədə keçirilirdisə, bu il də eyni səviyyədə olacaq: “Çox istəyərdik ki, 2017-ci ildə keçirilən "Formula 1" yarışları kimi builki yarışlar da maraqlı keçsin".

Bilet satışı haqqında danışan A.Rəhimov qeyd edib ki, bilet satışları da uğurla davam edir. Onun sözlərinə görə, ən çox bileti Rusiya, İngiltərə, Monako, Niderland və Türkiyə vətəndaşları alıblar.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024