Mobil versiya
Sədr: Azərbaycan Vəkillər Kollegiyasına qəbulda məhdudiyyət yoxdur
Tarix: 13-04-2019, 11:20 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sədr:


Azərbaycanda hazırda 1503 nəfər vəkil fəaliyyət göstərir. Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, kollegiya Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tədbirlərini davam etdirir:

"Ötən ilin dekabr ayında vəkilliyə sənəd verən şəxslərdən 106 nəfər yazılı imtahanlardan uğurla keçib. Hazırda müsahibə mərhələsi davam edir. Ümid edirəm ki, may ayına kimi proses yekunlaşacaq və ikinci mərhələdən uğurla keçən namizədlər kollegiyaya üzv qəbul olunacaqlar”.

A.Bağırov bildirib ki, kollegiyada bir müddət əvvəl test imtahanı keçirilib: "171 nəfər namizəd artıq bu ilki imtahandan uğurla keçib və onlar da yaxın gələcəkdə müsahibəyə cəlb olunacaqlar. Hazırda sənəd qəbulu davam edir. Artıq 70 nəfərə yaxın sənədi qəbul edilib. Proses bundan sonra da davam edəcək, çünki bizdə limit yoxdur. Kollegiyaya qəbulda məhdudiyyət yoxdur”.

aia.az



537 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}