Mobil versiya
İrandan 6 kilo marixuana gətirənlər yaxalandı - FOTO
Tarix: 13-04-2019 | Saat: 11:10
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

İrandan 6 kilo marixuana gətirənlər yaxalandı


Dövlət Sərhəd Xidmətinin əməkdaşları ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısını alıb.

Xidmətdən aia.az-a daxil olan məlumata görə, aprelin 11-də, saat 01:25 radələrində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xid­məti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxın­lı­ğındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhə­din­dən qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Res­pub­likasına narkotik vasitələri keçirmək istəyən və əraziyə "Mersedes-Benz” mar­kalı avtomobillə gələn 3 nəfər Azərbaycan Respublikasının və­tən­daşı, 1978-ci il təvəllüdlü Şirinov Ramil İmamverdi oğlu, 1970-ci il təvəllüdlü Eyvazov İntiqam Eldar oğlu və 1974-cü il təvəllüdlü Abdullayev Qurban Cəmil oğlu şübhəli şəxs qismində saxlanıl­ıb.

Saxlanılan şəxslərə və nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çə­kisi 6 kq 330 qr olan qurudulmuş marixuana və 55 ədəd toxum narkotik vasitə aşkar olunaraq götürülüb.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxslər barəsində cinayət işi başlanıl­ıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024