Mobil versiya
Qobustan qoruğunda kütləvi ağacəkmə aksiyası keçirilib
Tarix: 13-04-2019 | Saat: 10:44
Bölmə:Ölkə | çapa göndər

Qobustan qoruğunda kütləvi ağacəkmə aksiyası keçirilib



Aprelin 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bu yaz özün bir təbiət yarat” devizi əsasında başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində kütləvi ağacəkmə aksiyası keçirilib.

Aksiya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi və Qobustan Dövlət Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə baş tutub.

Aksiyada mədəniyyət naziri Əbülfəs Qarayev və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak ediblər.

Aksiya çərçivəsində Qobustan qoruğunda Böyükdaş dağına gedən yolun sağ və sol tərəfində 30 metr zolaqda yerli landşafta uyğun 3000-dən artıq nar, əncir, badam, sərv, Eldar şamı, zeytun və digər növ ağac əkilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024