Mobil versiya
İsgəndər Həmidov Azərbaycan Xalq Hərəkatındakı rəqiblərinə MESAJ VERDİ
Tarix: 12-04-2019, 09:41 | Saat: 15:47:00
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər

İsgəndər Həmidov Azərbaycan Xalq Hərəkatındakı rəqiblərinə


Bir qrup müxalifət nümayəndəsinin bu yaxınlarda yaratdığı Azərbaycan Xalq Hərəkatı adlı təşkilatın parçalandığı barədə məlumatlar yayılıb. Aprelin 8-də isə hərəkatın 2 fərqli yerdə - Klassik Xalq Cəbhəsi Partiyası və Gələcək Azərbaycan Partiyasının qərargahlarında iki ayrı iclas keçirməsi deyilənləri təsdiqlədi. Medianın yaydığı xəbərlərdə təşkilatın parçalanmasında əsas günahkar kimi sabiq daxili işlər naziri İsgəndər Həmidov göstərilir. Elə iki ayrı iclasın keçirilməsinin təşəbbüskarının da İ.Həmidov olduğu söylənilir. Ən son xəbərdə hətta sabiq nazirin özünün də Xalq Hərəkatının İdarə Heyətindən kənarlaşdığı iddia edildi.


Xalq Hərəkatındakı durum haqqında Modern.az-a danışan İsgəndər Həmidov isə iddiaları rədd etdi. Amma o, aprelin 8-də iki iclas çağırıldığını təsdiqlədi:


“Digər iclasda 7 nəfər, mənim iştirakımla olan iclasda isə 12 nəfər iştirak edirdi. Hər iki tərəf iclası dayandırdı. Hər iclasdan 3 nəfər ağsaqqal yığışdı və bütün arada olan anlaşılmazlıqları müzakirə etdik. Məsələ aradan qaldırıldı. Növbəti dəfə bir yerdə iclas keçirəcəyik”.


Xalq Hərəkatının İdarə Heyətindən uzaqlaşdırıldığı haqda iddialara gəlincə, hərəkat rəhbəri bunların heç bir əsası olmadığını söylədi:


“Mənim Azərbaycan Xalq Hərəkatının İdarə Heyətində olub-olmamağım haqqında fikir haradan ortaya atılıb? AXH-də tək mən qalsam belə, hərəkatda olacağam, bu işi axıra qədər aparacağam. Mən heç yerə gedəsi deyiləm, mübarizənin həmişə önündə olacağam”.


İ. Həmidov onu da qeyd etdi ki, artıq hərəkatın daxilindəki problemlər aradan götürülüb:


“Başa düşürsünüz, təşkilatın üzvləri də robot deyillər! Hər kəsin sərbəst fikri, düşüncəsi var. Belə mübahisələr olacaq. Sokrat deyirdi ki, mübahisədən ortalığa həqiqət çıxır. Ona görə, mübahisələrin baş verməsi normaldır. Amma biz axıra qədər bu hərəkatda addımlayacağıq.

Guya mən Xalq Hərəkatını parçalamağa cəhd edirəm. Sosial şəbəkələrdə necə yazılır, kimlər yazır - hər kəs yaxşı bilir. Sosial şəbəkələrdə onu da yazırlar ki, İsgəndər Həmidov Xalq Hərəkatının dirəyidir. Mənfi yazanlar da sağ olsun, müsbət yazanlar da. Biganə deyillərsə, deməli, mən hərəkatdayam. Fəaliyyətim həm məni istəyənlər, həm də istəməyənlər tərəfindən izlənir. Bu göstərir ki, mən varam!”.

aia.az



592 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}