Mobil versiya
Zəngilan RİH-nin fəaliyyəti xalqa xidmət prinsipləri əsasında qurulub
Tarix: 11-04-2019, 16:12 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər

Zəngilan RİH-nin fəaliyyəti xalqa xidmət prinsipləri əsasında qurulub




Saytımızın səhifələrində dərc etdiyimiz yazılarda biz dəfələrlə işğal olunmuş rayonlar mövzusuna toxunaraq, hər dəfə belə bir məqamı xüsusilə vurğulamağa çalışmışıq ki, bu mövzunun həssaslığı hər bir müəllif tərəfindən bütün ciddiyətilə nəzərə alınmalıdır. Əlbəttə ki, hər hansı bir qurumun işində müşahidə olunan neqativ halların, yol verilən qanun pozuntularının aşkara çıxarılması və haqlı tənqidə məruz qoyulması ümumi işin yalnız xeyrinədir və bu istiqamətdə fəaliyyət hər bir kütləvi informasiya vasitəsinin birbaşa vəzifə borcudur. Lakin eyni zamanda da bu fəaliyyət zamanı obyektivlik ciddi şəkildə gözlənilməlidir. Hər hansı dövlət orqanı və ya bu quruma rəhbərlik edən məsul vəzifəli şəxsin səmərəli fəaliyyətini görməzdən gəlmək, olmayan nöqsanları həmin fəaliyyətin təzahürləri kimi ictimaiyyətə təqdim etmək kimi cəhdlər isə, insanlarda yanlış təəssüratlar yaratmaq, qeyri-obyektiv rəy formalaşdırmaq məqsədinə xidmət edir. Bu isə qətiyyən yolverilməz bir haldır...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bütün dövlət məmurları – prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir”.



Bu gün Zəngilan Rayon İcra Hakimiyyətinin fəaliyyəti də bilavasitə vətəndaşlarla sıx əlaqələr əsasında qurulub desək, qətiyyən yanılmarıq. Rayon sakinləri ilə daima təmasda olan Zəngilan RİH-nin rəhbərliyi insanların mövcud vəziyyətinin düzgün qiymətləndirilməsi, yaranan problemlərin vaxtında və effektiv həlli baxımından mütəmadi olaraq məqsədyönlü addımlar atır. Çox maraqlıdır ki, rayon rəhbərliyinin sakinlərlə görüşləri sadəcə sırf bu məqsədlə təşkil olunan qəbullarda baş vermir. Eyni zamanda insanlarını məskunlaşdıqları ərazilərdə mütəmadi olaraq keçirilən müxtəlif tədbirlər də rayon rəhbərliyi ilə vətəndaşlar arasında təmas yaranmasına səbəb olurlar. Bəlkə də belə tədbirlərin əksəriyyətinin birbaşa Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun təşəbbüsü ilə baş tutmasının da əsas səbəbi elə budur.

Qısa arayış: Həsənоv Ramiz Şamil оğlu 1960-cı ilin aprеl ayının 7-də Azərbaycan Rеspubliкası Cəbrayıl rayоnunun Böyüк Mərcanlı кəndində anadan оlmuşdur. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1982-ci ildə Baкı Dövlət Univеrsitеtinin tariх faкültəsinə daхil оlmuş, 1988-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 2001-ci ilin окtyabrında Sumqayıt Şəhər İcra Haкimiyyəti başçısı aparatının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini təyin оlunmuş, 2011-ci ilin aprеl ayınadəк bu vəzifədə çalışmışdır.

Azərbaycan Rеspubliкası Prеzidеnti cənab İlham Əliyеvin 26 aprеl 2011-ci il tariхli Sərəncamı ilə Ramiz Şamil оğlu Həsənоv Zəngilan rayоn İcra Haкimiyyətinin başçısı təyin оlunmuşdur.

Şəhidlər ölməz, Şəhidlər unudulmaz...

Təbii ki, bu gün ata-baba torpaqları hələ də müvəqqəti işğal altında olan zəngilanlılar üçün şəhidlər mövzusu xüsusilə həssas və ağrılı mövzulardan biridir. Bu səbəbdən də 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar keçirilən tədbir bu il Zəngilan RİH-nin təşəbbüsü ilə təşkil olunan ilk tədbir oldu. Yanvar ayının 18-də, rayon Mədəniyyət və Turizm Şöbəsinin klubunda keçirilmiş bu tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər. İlk olaraq ana yurdun müdafiəsində öz canlarını sipər edən şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edildi. Zəngilan Şəhər Uşaq musiqi məktəbinin tələbələri, 4 saylı ümumi orta məktəbin şagirdlərinin hazırladığı kompozisiya 20 Yanvar hadisələrinin igid övladlarının fədakarlığını əks etdirdi və tədbir iştirakçılarında dərin təəssürat yaradaraq, şəhidlərimizin qanının yerdə qalmayacağına inam hissini artırdı. Bu qələbəyə Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir.



Növbəti belə tədbir isə 25 fevral 2019-cu il tarixində yenə də Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 nömrəli texniki peşə məktəbinin binasında yerləşən Zəngilan rayon 36 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirildi. Bu tədbirdə də Zəngilan Rayon İcra Hakimiyyəti başçısı, müavini, aparatın məsul işçiləri, idarə-müəssisə rəhbərləri, ərazi nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları Zəngilan məktəblilərinin bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımında baş vermiş hadisələrin dəhşətli anlarını əks etdirdikləri rəsmlərin sərgisi ilə tanış olduqdan sonra, faciə zamanı qətlə yetirilmiş həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir Zəngilan rayon 36 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı, erməni terrorçularının insanlığa xas olmayan vəhşiliklə törətdikləri Xocalı soyqırımını əks etdirən kompozisiyanın nümayişi ilə davam etdirildi.

Xeyir və şər qoşa gəzər bu dünyada



Əlbəttə ki, zəngilanlılar bayram günlərini də böyük ruh yüksəkliyilə, gözəl tədbirlərlə qeyd etməyi heç zaman unutmurlar. Elə bu ayın ilk bayramlarından biri, 8 Mart-Beynəlxalq Qadınlar Günü də Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Masazır qəsəbəsində yerləşən klubda keçirilmiş bayram tədbirilə qeyd olundu. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə yanaşı, rayonun ictimai-siyasi həyatında fəal olan qadınlar da iştirak etmişdilər. Həmin tədbirdə ilk olaraq RİH-nin başçısı Ramiz Həsənov Azərbaycanda qadınlara göstərilən ənənəvi ehtiramdan, dövlət qayğısından danışaraq bildirdi ki, Ümummilli lider Heydər Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır. Rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlarımızın öz bilikləri, bacarıqları, işgüzarlıqları ilə hər zaman seçildiklərini, rayonumuzda da qadınlarımızın bir çox dövlət vəzifələrində çalışmaqla onlara etibar olunan işlərin öhdəsindən layiqincə gəldiklərini vurğulayan Ramiz Həsənov bütün rayon qadınlarını təbrik edərək, onlara xoş arzularını bildirmişdi...

Mart ayının 16-da isə Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı böyük təntənə ilə qeyd edildi. Bayram şənliyində Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul işçiləri, icra nümayəndəliklərinin əməkdaşları, rayon üzrə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak etdilər. Tədbirin gedişində rayonun idmançıları müxtəlif idman nümunələri ilə öz məharətlərini sərgilədilər. Novruzun əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları tamaşaçılarda xoş ovqat yaratdı. Bayram şənliyi incəsənət ustalarının təqdim etdikləri bayram konserti ilə davam etdi. Sonda ənənəvi bayram tonqalı yandırıldı.

Hər zaman vətəndaşın yanında

Dediyimiz kimi, Zəngilan RİH-nin təşəbbüsü ilə keçirilən bütün bu tədbirlər həm də rayon rəhbərliyi ilə sakinlər arasında daimi təmas tellərinin olmasını təmin edir. Bununla belə icra başçısı Ramiz Həsənovun mütəmadi olaraq təşkil etdiyi qəbul-görüşlər vətəndaşların ən müxtəlif problemlərilə bağlı müraciətlərin dinlənilməsi və bu dinləmələr əsasında təcili tədbirlərin görülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Keçən il olduğu kimi, 2019-cu ildə də belə görüşlər yüksək intensivliklə davam etdirilir.



Prezident İlham Əliyevin tapşırığına əsasən sakinlərin sosial problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan RİH başçısı Ramiz Həsənovun mütəmadi olaraq təşkil edilən səyyar görüşlərindən biri də iki gün bundan öncə, aprel ayının 9-da Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində məskunlaşan məcburi köçkünlərlə keçirildi. Məcburi köçkünlərlə görüşən Ramiz Həsənov ölkədə aparılan sosial iqtisadi inkişafdan danışaraq ölkəmizin günü-gündən daha da gücləndiyini vurğuladı. Aparılan düzgün daxili və xarici siyasət nəticəsində tezliklə bütün köçkün vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdacaqlarına əmin olduğunu bildirdi. Daha sonra rayon rəhbəri sakinlərin problemlərini dinlədi. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verildi. Bəzi məsələlər yerində həll olundu.

Əminliklə demək olar ki, Zəngilan rayonunun həm əhalisi, həm də rəhbərliyi Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri əldə rəhbər tutaraq, sosial-iqtisadi inkişafın sürətləndirilməsini təmin etmək məqsədilə bundan sonra da bütün imkanlarını səfərbər edəcəklər.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



5435 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-08-2019
20-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031