Mobil versiya
Bakıda yanan binada xəsarət alanların adları məlum oldu - SİYAHI
Tarix: 11-04-2019 | Saat: 11:40
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda yanan binada xəsarət alanların adları məlum oldu


Bakının Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada baş vermiş yanğın nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü Məstanov Kazım Sevindil oğlu yanğından xilas olmaq üçün özünü binanın ikinci mərtəbəsindən atıb. Hadisə nəticəsində o, döş qəfəsinin əziyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində ayağı kəsilən 1989-cu il təvəllüdlü Qasımova Şəhanə Balaqardaş qızıdır. Tüstüdən zəhərlənən 1981-ci il təvəllüdlü Hüseynov İsmayıl Sovet oğlu, 1979-cu il təvəllüdlü Həsənov Elmidar Xanoğlan oğlu, 1985-ci il təvəllüdlü Mehdiyev Baba Zahid oğluna isə yerində tibbi yardım göstərilib.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyində araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024