Mobil versiya
Şagirdin intiharı ilə bağlı UNICEF rəsmisindən AÇIQLAMA
Tarix: 08-04-2019 | Saat: 15:38
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Şagirdin intiharı ilə bağlı UNICEF rəsmisindən


14 yaşlı Elinanın ötən həftəsonu boyunca çox sayda insanın emosiyalarını tarıma çəkən faciəvi taleyi bizə xatırladır ki, mənim rəhbərlik etdiyim təşkilat da daxil olmaqla, hamımız həssas uşaqlar üçün müdafiə və dəstək imkanlarının təmin edilməsini artırmaq üçün daha çox şey etməliyik.

BakuPost xəbər verir ki, bu fikirləri BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvard sosial şəbəkədə yazıb.

"Baxmayaraq ki, biz bu spesifik faciənin əsasında dayanan səbəblər barədə fərziyyələr yürütməməliyik, bununla belə, risk altında ola biləcək hər bir uşağı qorumaq üçün ata biləcəyimiz addımlar var”, - o bildirib.

E.Karvardın sözlərinə görə, bura yaxşı təlim keçmiş uşaq məsləhətçilərinə, uşaq psixoloqlarına və sosial işçilərə investisiyaların artırılması və eyni dərəcədə əhəmiyyətli olan - risk altında olan uşaq və ailələrin ehtiyac duyduqları peşəkar xidmətlərlə və dəstəklə əlaqəsinin yaradılmasına imkan verən yönləndirmə və keyslərin idarə edilməsi sistemlərinin gücləndirilməsi daxildir:

"UNICEF Azerbaijan Nümayəndəliyi hazırda təkmilləşdirilmiş yönləndirmə sistemlərinə əlavə olaraq, yeni sosial işçi proqramları hazırlamaqda və onları Azərbaycanın bir neçə rayonunda sınaqdan keçirməkdədir.

Lakin elə bu gün mən kollektivimizdən xahiş etdim ki, bunu Azərbaycandakı uşaqları müdafiə fəaliyyətimizin mütləq prioritetinə çevirsinlər. Qarşısı alına biləcək yeni-yeni faciələri gözə ala bilmərik”.

Qeyd edək ki, aprelin 4-də Bakıda 162 nömrəli məktəbdə şagird məktəb binasının üçüncü mərtəbəsindən özünü ataraq intihar edib. İki gün sonra o, çatdırıldığı xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı Bakı şəhər Prokurorluğunda cinayət işi başlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024