Mobil versiya
Hansı ölkələrə səyahət daha rahatdır? - SİYAHI
Tarix: 08-04-2019 | Saat: 15:27
Bölmə:Media | çapa göndər

Hansı ölkələrə səyahət daha rahatdır?


Hazırda səyahət etmək dünya insanının ən sevimli məşğuliyyətlərindən birinə çevrilib. Xüsusilə də yaz və yay aylarında səyahət edənlərin sayı digər fəsillərə görə daha çox olur. Səyahətçilər üçün gediləcək yerin seçimində seçilən ölkənin viza tələb edib-etməməsi də önəmli rol oynayır. Bu gün dünyada elə ölkələr var ki, onların vətəndaşı öz pasportu ilə sayı 100-dən çox ölkəyə rahat şəkildə, ya vizasız, ya da sadələşdirilmiş viza şərtləri ilə səyahət edə bilir.

Səyahət mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq, BakuPost dünya ölkələrinin pasport gücünü araşdırıb. Siyahını araşdırarkən bir sıra maraqlı məqam diqqəti cəlb edir. Belə ki, bu gün dünyanın ən nəhəng ölkələri sayılan ABŞ, Rusiya, Çin və Kanada kimi ölkələr bu siyahıda ilk 3-lükdən kənarda qaldığı halda, cırtdan ölkə Luksemburq, dünya üzrə pasport gücünə görə ikinci pillədə qərarlaşıb.

2019-cu il üçün siyahıya Birləşmiş Ərəb Əmirlikləri başçılıq edir. Qeyd edək ki, bu ölkənin vətəndaş pasportuna sahib insanlar 115 ölkəyə vizasız, 54 ölkəyə isə qapıda viza alaraq rahat şəkildə səyahət edə bilir.

Keçmiş Sovet ölkələri arasında ilk beşlik belədir:

1. Litva (dünyada 5-ci)
2. Estoniya (dünyada 7-ci)
3. Latviya (dünyada 7-ci)
4. Ukrayna (dünyada 26-cı)
5. Rusiya (dünyada 37-ci)

Azərbaycan pasportu isə bu siyahıda Keniya və Kuba ilə birlikdə 60-cı pillədə qərarlaşıb. Belə ki, Azərbaycan vətəndaşları 34 ölkəyə vizasız, 38 ölkəyə isə qapıda viza şərtləri ilə səyahət edə bilər. 126 ölkə isə bizdən viza tələb edir.

Azərbaycanın qonşularının bu siyahıda göstəriciləri belədir:


1. Rusiya (dünyada 37-ci)
2. Gürcüstan (dünyada 38-ci)
3. Türkiyə (dünyada 38-ci)
4. Ermənistan (dünyada 63-cü)
5. İran (dünyada 85-ci)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024