Mobil versiya
Şəbnəm Tovuzlu efirdə söyüş söyən həmkarının müdafiəsinə qalxdı: “Günahı yoxdur”
Tarix: 08-04-2019 | Saat: 12:31
Bölmə:Aia TV | çapa göndər

Şəbnəm Tovuzlu efirdə söyüş söyən həmkarının müdafiəsinə qalxdı:




"Spase” televiziyasında baş verən məlum biabırçılığa görə, Rüfətin günahı yoxdur.

Bunu BakuPost-a müğənni Şəbnəm Tovuzlu deyib. Onun fikrincə, bu, qara piardır: "O söyüş söyməyib. Hamımız bilirik ki, o kadrlar montajdır. Yəni Rüfət o cür kəlmələr işlətməz. Xüsusi ilə efirdə... Rüfət ağıllı, səviyyəli, özünü hər yerdə normal apara biləcək bir bəydir”.

Qeyd edək ki, aprelin 5-də "Space” TV-nin "Hər səhər" verilişində müğənni Rüfət Axundov mahnı ifa edərkən efirdə ədəbsiz ifadələr işlədib. MTRŞ buna görə "Space" TV-ni cərimələyib. Telekanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib olunub, qərar qəbul edilib, iş məhkəməyə göndərilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024